Birləşmiş
Millətlər Təşkilatının İrqi
ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin
89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi haqqında Beynəlxalq
Konvensiyaya dair Azərbaycan
Respublikası Hökumətinin yeddinci, səkkizinci
və doqquzuncu dövri
məruzələrinə
baxılması ilə əlaqədar Azərbaycan
Respublikasını təmsil edəcək nümayəndə
heyətinin tərkibi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 2016-cı il aprelin 25-dən mayın 13-dək Cenevrə şəhərində keçiriləcək 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilsin:
Nümayəndə
heyətinin rəhbəri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Nümayəndə
heyətinin üzvləri:
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan
Respublikası təhsil
nazirinin müavini
Namiq Əsgərov - Azərbaycan Respublikası Baş prokurorunun müavini.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 fevral
2016-cı il
Azərbaycan.- 2016.- 28 fevral.-
S.1.