“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 612; 2002, ¹ 5, maddə 250, ¹ 6, maddə 328; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 12, maddə 1079; 2006, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12,    maddə 1005; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 4, maddə 252, ¹ 6, maddə 462; 2010, ¹ 3, maddə 172, ¹ 6, maddə 487; 2011, ¹ 4, maddələr 252, 268, ¹ 11, maddə 989; 2014, ¹ 2, maddə 88, ¹ 7, maddə 764) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddə üzrə:

1.1. I hissənin:

1.1.1. 8-ci bəndindəyaşayış binalarına, habelə digər qapalı tikililərəsözləriyaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinəsözləri ilə əvəz edilsin;

1.1.2. 9-cu bəndindəyaşayış binalarının, habelə digər qapalı tikililərinsözləriyaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərininsözləri ilə əvəz edilsin;

1.2. III hissə aşağıdakı redaksiyada verilsin:

“III. Bu maddənin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə ya səsyazan, video, foto, kino digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.”;

1.3. IV hissənin 2-ci bəndindəyaşayış binalarına, habelə digər qapalı tikililərəsözləriyaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinəsözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmundaQeydhissəsi əlavə edilsin:

Qeyd: Bu qanunun 10-cu digər maddələrindəyaşayış yeridedikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsində nəzərdə tutulmuş yerlər başa düşülür.”.

2. 12-ci maddənin III hissəsinə “8” rəqəmindən sonra “, 9 (texniki vasitələrdən istifadə etməklə ya səsyazan, video, foto, kino digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə)” sözləri əlavə edilsin.

3. 13-cü maddənin II hissəsindəmənzillərəsözübinalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu ya torpaq sahələrinəsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2016-cı il

 

Azərbaycan 2016.- 28 fevral.- S.2.