“Polis
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 611; 2001, ¹ 11, maddə 699, ¹ 12, maddə 731; 2002, ¹ 3, maddə 118, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddə 22, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006, ¹ 2, maddələr 74, 75, ¹ 11, maddə 927; 2007, ¹ 8, maddə 756; 2008, ¹ 4, maddə 251, ¹ 7, maddə 602, ¹ 8, maddə 696, ¹ 10, maddə 883; 2009, ¹ 6, maddələr 399, 401; 2010, ¹ 2, maddə 74, ¹ 3, maddə 171; 2014, ¹ 2, maddə 87, ¹ 11, maddə 1360; 2015, ¹ 5, maddə 486, ¹ 11, maddə 1277; Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 30-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin birinci hissəsinin yeddinci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“yaşayış yeri - bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutu və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu qanunun məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir).”.
2. 21-ci maddə üzrə:
2.1. III hissənin:
2.1.1. 1-ci və 2-ci bəndlərindən “və ya inzibati xəta” sözləri çıxarılsın;
2.1.2. 3-cü bəndində “mənzilində cinayətin və ya inzibati xətanın” sözləri “yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda III-I hissə əlavə edilsin:
“III-I. Şəxsin inzibati qaydada tutulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.”.
3. 22-ci maddənin II hissəsində “III hissəsində” sözləri “III və III-I hissələrində” sözləri ilə əvəz edilsin.
4. 24-cü maddə üzrə:
4.1. I hissədə “mənzilə” sözü “yaşayış yerinə” sözləri ilə əvəz edilsin;
4.2. II hissə aşağıdakı
redaksiyada verilsin:
“II. Hakimin qərarı olmadan polis əməkdaşı
yaşayış yerinə
orada yaşayanların
iradəsi ziddinə aşağıdakı əsaslardan
birinin olması barədə dəqiq məlumatı olduğu halda bu qanunun
25-ci maddəsində müəyyən
edilmiş qaydada daxil olur:
1) şəxsiyyət və ya dövlət
hakimiyyəti əleyhinə
cinayətin törədilməsinə
və ya həmin cinayətin törədilməsinə hazırlığın
aparılmasına dəlalət
edən əşya və ya sənədlərin
yaşayış yerində
gizlədilməsi;
2) şəxsiyyət və ya dövlət
hakimiyyəti əleyhinə
cinayəti hazırlayan,
törədən, törətmiş,
azadlıqdan məhrum
etmə və ya həbs yerlərindən,
yaxud mühafizə altından qaçmış
şəxsin yaşayış
yerində gizlənməsi;
3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;
4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;
5) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.”.
5. 25-ci maddə üzrə:
5.1. I hissənin:
5.1.1.
1-ci, 2-ci (hər iki halda) və 5-ci bəndlərində “mənzilə”
sözü “yaşayış
yerinə” sözləri
ilə əvəz edilsin;
5.1.2.
3-cü (hər iki halda), 4-cü və 7-ci bəndlərində “mənzilə”
və “mənzildə”
sözləri müvafiq
olaraq “yaşayış
yerinə” və “yaşayış yerində”
sözləri ilə əvəz edilsin;
5.2. II hissədə “qanunvericiliyində”
sözü “Cinayət-Prosessual
Məcəlləsində və
“Əməliyyat-axtarış fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral
2016-cı il
Azərbaycan 2016.- 28 fevral.-
S.2.