Rusiya Federasiyasının Prezidenti
Zati-aliləri cənab
Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar
nəticəsində çoxsaylı
insan tələfatı
barədə xəbər
məni dərindən
kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına
və yaxınlarına,
bütün Rusiya xalqına dərin hüznlə başsağlığı
verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını
arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 fevral 2016-cı il.
Azərbaycan.- 2016.- 1 mart.- S. 3.