Milli Məclisdə
Azərbaycan-AŞPA əlaqələri müzakirə edilib
Fevralın
29-da Milli Məclisdə Azərbaycanda səfərdə olan
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri
Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov AŞPA-nın sədrini Azərbaycanda görməkdən məmnunluğunu bildirib. İndiyədək AŞPA-nın nümayəndə heyətləri ilə keçirilən görüşlərin əhəmiyyətindən danışan Oqtay Əsədov bu səfərin əlaqələrimizin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr bildirib ki, Milli Məclis ilə AŞPA arasındakı əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək.
Pedro Aqramunt Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəal iştirakını yüksək qiymətləndirib. O, bu fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
AŞPA-nın sədri bildirib ki, Azərbaycana səfərin məqsədi ölkəmizdəki mövcud vəziyyətlə tanış olmaq, əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparmaqdır. O, AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib.
x x x
Daha sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizlə bağlı həqiqətlərin Avropaya çatdırılması istiqamətində görülən işlərdən danışıb.
AŞPA nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edən S.Seyidov Azərbaycanla bu təşkilatın hər zaman eyni dəyərlər uğrunda mübarizə apardığını vurğulayıb.
AŞPA-nın sədri kimi ölkəmizdə
səfərdə olmaqdan qürur duyduğunu deyən Pedro
Aqramunt bu səfərin əməkdaşlığın daha
da dərinləşməsi baxımından önəm
daşıdığını diqqətə
çatdırıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 1 mart.- S. 5.