Azərbaycanın multikulturalizm nümunəsi beynəlxalq terrorçuluğa qarşı ən uğurlu mübarizə modelidir

İllərdir qan çanağına döndərilən İraqda iki gün əvvəl baş verən qanlı terror hadisəsi yalnız bu ölkədə dini və məzhəb qarşıdurmasının pik həddə çatmasının və ya ərazisinin terrorçu qrupların fəaliyyət meydanına çevrilməsinin təsdiqi kimi tarixə düşmədi. Kütləvi insan tələfatı ilə nəticələnən bu terror aktı onu bir daha göstərdi ki, İraq kimi qədim tarixə malik, müxtəlif milli-dini konfessiyaların mövcud olduğu ölkədə birgəyaşayış normaları pozulub və müxtəlif əqidə daşıyıcıları bir-birilərinin dəyərlərinə, baxışlarına qarşı dözümsüzlük nümayiş etdirirlər.

 

Müasir dünyanın multikultural dəyərləri ciddi şəkildə zədələnib

 

İraqda baş verən bu qətliam özünüİslam dövləti” adlandıran terror təşkilatının dini zəmində törətdiyi hadisədir. Hansı ki, bu terror təşkilatının ilhamverici qüvvəsi illərdir islam dünyasını çalxalayan, milyonlarla müsəlmanın faciəsinə səbəb olan məlum qüvvələrdir. Məhz bu cür imperialist maraqla dünyada mədəniyyətlər və dinlərarası dialoqa zərbə vurmaqla müsəlman ölkələrinin tarixən formalaşmış mənəvi-mədəni dəyərlərini, o cümlədən multikultural ənənələrini laxladıb, bu cəmiyyətlərdə dərin dinimilli qütbləşmələrə səbəb olub. O cümlədən qeyri-islami şəbəkənin imperialist planları xüsusən din pərdəsi altında terrorçu qruplaşmaların meydana çıxmasına rəvac verib ki, bu da bir sıra müsəlman cəmiyyətini parçalayıb, onları millidini assimilyasiyaya məruz qoyub.

Beləliklə, acı təcrübə göstərir ki, məhz müəyyən güc dairələri tərəfindən nüfuz uğrunda mübarizədə ayrı-ayrı xalqların dil, din, etnikirqi fərqlərindən geosiyasi alət kimi istifadə edilməsi müasir dünyanın multikultural ab-havasını ciddi şəkildə zədələyib, bir sıra regionlarda multikulturalizmi iflasa uğradıb, sivilizasiyalararası dialoqu sarsıdıb. Xüsusilə də insanların mənəvi dünyasını saflaşdıran, müqəddəs hesab etdiyi dini baxışlarında ifratçılığı, radikallığı təbliğ edən bu avantüralar nəticəsində müasir dünyamız amansız qətllərə, terrora, qanlı müharibələrə şahidlik edir. Artıq dini radikalizmekstremizm bəşəriyyət üçün olduqca təhlükəli qlobal problemlərdən birinə çevrilib.

Elə bu qlobal ideoloji intriqaların tərkib hissəsi olaraq, bu gün dünyada radikalizmi, ekstremizmi, terrorizmi islam dini ilə bağlamağa çalışan, bunun üçün böyük səy göstərən dairələr mövcuddur. Lakin bu, tamamilə yanlış, qəbuledilməz və nəticə etibarilə radikalizmin daha da kəskinləşməsinə səbəb ola biləcək bir yanaşmadır. Bu gün demokratik inkişafı ilə öyünən və terrorizmi islam dini ilə bağlamağa çalışan ölkələrdə də insanlara dininə və rənginə görə fərqlər qoyulmaqdadır. Başqa sözlə desək, ksenofobiyaislamofobiya kimi neqativ meyillər hər kəsin yaşama hüququnuvicdan azadlığını təsbit etdiyini iddia edən Qərb ölkələrində baş alıb getməkdədir. Bu barədə kifayət qədər fakt ortaya qoymaq olar. İndinin özündə də orada məscidlər yandırılır, insanlar rənginə görə təqib edilir. Bu onu göstərir ki, hətta demokratik ölkələrdə multikultural dəyərlər tədricən yoxa çıxır. Nəticədə dərin mənəvi deqredasiyaya məruz qalan cəmiyyətlərdə müxtəlif dinlərin, millətlərin və irqlərin nümayəndələrinə qarşı dözümsüzlük nümayiş etdirilir, beləliklə, onlar mənəvi terrora məruz qalırlar.

 

Azərbaycanda hər bir millətin və dinin nümayəndəsinin hüquqları qorunur

 

Göründüyü kimi, müasir dünyamız olduqca narahat günlərini yaşayır. Təəssüf ki, problemlər həm də millidini zəmində özünü göstərir. Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış millətlər düşmənə çevrilirlər. Bir sıra müsəlman ölkələrində daxili ziddiyyətlər, terrorçuluq, Qərb dünyasında islamofobiya, ksenofobiya meyilləri baş alıb gedir, sivilizasiyalararası ziddiyyətlər dərinləşir.

Sivilizasiyaların qovuşduğu bir məkanda yerləşən Azərbaycan isə tarixən müxtəlif dini və dünyəvi dəyərlərin uzlaşdığı, müxtəlif etnik, dini mənsubiyyətə malik insanların mehriban birgəyaşayışının, multikultural dəyərlərin, tolerantlığın mövcud olduğu bir məkandır. Ümumiyyətlə, tarixi inkişafın bütün dövrlərində Azərbaycanda müxtəlif dini inancı, mədəniyyəti olan xalqlar dostluq, mehribanlıq şəraitində heç bir maneə ilə rastlaşmadan azad, sərbəst bir ailə kimi yaşayıblar. Burada tarixən heç vaxt millidini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməyib, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, dini münasibətlər mövcud olub. Ölkəmizin coğrafi mövqeyi onun tarixində və mədəni düşüncəsində də öz dərin izini qoyub, Azərbaycanı çoxmədəniyyətlilik mərkəzinə çevirib.

Bu gün isə Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açıb. Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün xalqların nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşamaları ilə yanaşı, müxtəlif xalqlara məxsus tarixi-mədəniyyət abidələrinin bərpası və təmiri Azərbaycan reallıqlarının bariz nümunəsidir. Məscid, kilsə və sinaqoqların böyük diqqət və qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblər arasında dərin hörmətehtirama söykənən münasibət hökm sürür. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində keçirilməsi də dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.

Prezident İlham Əliyevin sərəncamına əsasən multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi Azərbaycanın bu dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. Bununla Azərbaycan həm də dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, dövlət öz ərazisində məskunlaşan bütün xalqların mehribandostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.

Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin, hətta heç bir dinə etiqad etməyən insanların hüquqları ölkə qanunları ilə qorunur. Ən əsası, bu məsələlər Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Buna misal olaraq Konstitusiyanın “Bərabərlik hüququ” (maddə 25), “Milli mənsubiyyət hüququ” (maddə 44), “Ana dilindən istifadə hüququ” (maddə 45) və digər maddələrini göstərmək mümkündür. Həmçinin bütün xalqların və dinlərin nümayəndələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Dövlət hər il dini konfessiyalara pul ayırır. Prezident İlham Əliyev mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, millidini bayramları münasibətilə təbrik edir. Ölkə başçısının Azərbaycan multikulturalizminin və tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar öz bəhrəsini verməkdədir.

Bütün bunların nəticəsidir ki, Azərbaycanın multikultural sistemi olduqca güclü və sarsılmazdır. Xalqımıza xas multikultural dəyərlər ikili standartları, dünyada milli-mənəvi identikliyə qarşı çıxan baxışları qəbul etmir. Bu mənada, müxtəlif xarici dairələrin respublikamızda sabitliyi pozmaq, multikulturaltolerant mühiti korlamaq cəhdləri, Azərbaycanı millidini ədavətin baş verdiyi ölkəyə çevirmək niyyətləri heç vaxt baş tutmayıb. Belə riyakar əməllər elə beşikdəcə iflasa uğrayıb. Eləcə də ölkəmizdə xaricdən idarə olunan qrupların dini ekstremizmterrorçuluq cəhdləri ilk addımdaca məhvə məhkum olub.

Bu riyakar plan və cəhdlərə qarşı dayanan isə millətindən və dinindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarıdır. Çünki millidini kimliyindən asılı olmayaraq, onların hər birini bugünkü Azərbaycan dövləti birləşdirir. İctimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda hər bir millətin və dinin nümayəndəsinin hüquqları qorunur, onun yaşayışı və fəaliyyəti ən yüksək səviyyədə təmin olunur. Ona görə də Azərbaycanın multikulturalizm nümunəsini zədələmək mümkün deyil. Digər tərəfdən isə, Azərbaycanla formalaşmış ənənə həm beynəlxalq terrorçuluğa, həm də istənilən antimilli cəhdə qarşı ən uğurlu mübarizə modelidir. Bunu zaman təsdiq edir.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.- 5 iyul.- S.1-3.