Dini radikalizmlə mübarizədə
gənclərin rolu müzakirə olunub
Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) birgə təşkilatçılığı ilə
iyulun 5-də Şəkidə keçirilən konfransda
multikultural cəmiyyətdə dini ekstremizmlə mübarizədə
gənclərin rolundan ətraflı bəhs olunub.
AZƏRTAC
xəbər verir ki, şəhər icra hakimiyyətinin akt
zalında keçirilən konfransın əvvəlində Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi uğrunda
şəhid olan qəhrəman vətən
oğullarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Tədbiri
Gənclər və İdman Nazirliyinin vətənpərvərlik
və vətəndaşlıq tərbiyəsi sektorunun
müdiri Əli Məmmədov açaraq gənclərin
radikal dini cərəyanların təsiri altına düşməməsi
və bu istiqamətdə məlumatlandırılmanın təmin
edilməsində, gənclər arasında milli-mənəvi dəyərlərin
təbliğində belə maarifləndirici tədbirlərə
böyük ehtiyac olduğunu vurğulayıb.
Konfransda
DQİDK-nın dilşünaslıq ekspertizası şöbəsinin
müdiri Nahid Məmmədov, Şəki şəhər gənclər
və idman idarəsinin rəisi Vüqar İskəndərov və
başqaları çıxış edərək ölkəmizdə
dövlət-din münasibətlərindən,
xalqımızın zəngin tolerantlıq ənənələrindən,
müstəqilliyimizin bərpasından sonra milli-mənəvi
dəyərlərə qayıdış prosesindən, zərərli
dini cərəyanlara qarşı görülən tədbirlərdən
bəhs edib, dini radikalizmlə mübarizədə gənclərin
rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonra
DQİDK-nın sifarişi ilə hazırlanan, dini ekstremizmin
yaranma səbəblərinə və fəsadlarına həsr
olunan “Fitnə” filmi nümayiş etdirilib.
Konfransın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan.-2016.-
6 iyul.- S.6.