Üçüncü beynəlxalq multikulturalizm
məktəbinin iştirakçıları Tufandağda
Prezident İlham Əliyevin tövsiyəsi əsasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm məktəbi iyulun 20-də Qəbələdə öz işini davam etdirib.
Yay məktəbinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
III Beynəlxalq multikulturalizm məktəbi Alban Apostol Kilsəsinin izi ilə
Tələbələr günün birinci yarısında
“2016-cı ilin Azərbaycan
Respublikasında “Multikulturalizm
ili” elan edilməsinə dair Tədbirlər Planı”na
əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi, Müəllif
Hüquqları Agentliyi
və Azərbaycan
Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı
ilə Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi
və bu günü” mövzusunda beynəlxalq konfransa qatılıblar.
Yay məktəbinin
iştirakçıları konfrans çərçivəsində
keçirilən plenar
iclaslarda iştirak ediblər. İclaslarda Azərbaycan tarixinin
orta əsrlər mədəniyyətinin nümunələrindən
olan Alban Apostol kilsəsi haqqında ətraflı məlumat verilib. Tələbələr
konfrans ərzində Qafqaz Albaniyası və Alban Apostol kilsəsi, Qafqaz Albaniyasının dini arxitekturasında xristian və İslam motivlərinin simbiozu, Alban
apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın
Alban-Udi xristian dini icmasının fəaliyyəti, Qafqaz Albaniyasının mədəni
irsinin erməniləşdirilməsi,
XVII-XIX əsrlərin Alban Apostol
kilsəsi, 1836-cı ildə
Alban kilsəsinin ləğv
edilməsindən sonra
udilərin dini və etnik vəziyyəti
və digər məsələlərlə bağlı
məruzələr dinləyiblər.
ABŞ-dan araşdırmaçı-jurnalist
Peter Teys, Rusiyadan Yevgeniya Şilyayeva və Gürcüstandan
Viktor Qoquaşvili konfransın
aktual mövzuya həsr olunduğunu bildirərək bu möhtəşəm tədbir
vasitəsilə Azərbaycanın
multikultural durumunu beynəlxalq ictimaiyyətə
çatdırdığını qeyd ediblər.
Kamal Abdullayev: “Biz dostlarımızı
doğru seçmişik”
Konfransdan
sonra Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, BBMM-in Himayəçilik
Şurasının sədri,
akademik Kamal Abdullayev, DQİDK-nın sədri Mübariz Qurbanlı, AMEA-nın vitse–prezidenti, akademik İsa Həbibbəyli və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları
ilə görüşüblər.
Dövlət müşaviri Kamal Abdullayev tələbələri
salamlayaraq onlarla görüşdən məmnun
olduğunu bildirib. O deyib:
“Bu günlər çox
maraqlı və mənalı gündür.
Dünən siz Nic kəndinə
getməklə artıq
yeni bir mədəniyyətin içərisinə
daxil oldunuz və bildiyim qədər razı qalmısınız. Deməli, multietnik
bölgə olan Qəbələni beynəlxalq
multikulturalizm məktəbi
üçün əsas
məkan seçməkdə
yanılmamışıq. Udilərin və Alban-Apostol kilsəsinin tarixi ilə bağlı beynəlxalq konfransda iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm.
Bu konfransda iştirakınızla
siz Azərbaycan xalqının qədimliyi
ilə bağlı yeni maraqlı faktları öyrənmiş
oldunuz.
Çox şadam ki, Azərbaycana olan marağınız zamanla məhəbbətə çevrilir,
bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri
bizdən əvvəl
kiməsə deyib sübut edirlərsə, deməli, dostlarımızı
doğru seçmişik.
Ötən il
Los-Ancelesdən Azərbaycana
tanınmış ravvin
David Volpenin rəhbərliyi
altında yəhudi nümayəndə heyəti
qonaq gəlmişdi. ABŞ-a geri dönəndə
David Volpe gördüklərinə və əyani şahid olduqlarına əsaslanaraq “Azərbaycan
Şərqdə multikulturalizm
oazisidir” adlı məqalə nəşr etdirdi. Bundan sonra ABŞ-dakı
ermənilər və
ermənipərəst qüvvələr
ravvinə sosial şəbəkələr, mətbuat
vasitəsilə təzyiqlər
etməyə başladılar.
Həmin
vaxt David Volpenin müdafiəsinə, dolayısı
ilə də Azərbaycan xalqının
haqq işinin müdafiəsinə keçən
ilki beynəlxalq multikulturalizm məktəblərinin
tələbələri qalxdılar.
Onlar sosial şəbəkələrdə,
mətbuatda ermənipərəst
qüvvələrə layiqli
cavab verdilər.
Bu, onu göstərir
ki, deməli, biz dostlarımızı doğru
seçmişik. Azərbaycan həm
seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan
öncəki yay məktəblərinin tələbələrinə
olduğu kimi, sizə də ömrünüz boyu dost olmağı təklif edir. Biz sizinlə
bu dostluq əlaqələrimizi təkcə
indi yox, həmişə davam etdirmək arzusundayıq.
Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi. Dostluğumuza xoş gəldiniz”.
İ.Həbibbəyli, M.Qurbanlı, K.İmanov konfransda iştirak etdiklərinə görə III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıların təşəkkür ediblər. Onlar xarici tələbələrin müsəlman ölkəsi olan Azərbaycanda kilsə, sinaqoq, məscid, kirxa, buddist və zərdüştilik məbədlərinin bir arada necə fəaliyyət göstərdiyini öz gözləri ilə görmələrinin önəmini qeyd ediblər. Bunları görmək üçün praktik şərait yaratdığına görə beynəlxalq multikulturalizm məktəblərinin bu baxımdan əvəzsiz layihə olduğu diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə daxil olan Qəbələ şəhəri 2 saylı tam orta məktəbinin şagirdləri də III Beynəlxalq multikulturalizm məktəbinin tələbələri ilə görüşdə iştirak ediblər.
Əcnəbi tələbələrlə “Terror multikulturalizmə qarşı”
Qəbələdəki “Qafqaz yeddi gözəl”
otelində ADA Universitetinin
prorektor müavini Anar Vəliyev tələbələrə “Terror multikulturalizmə qarşı”
mövzusunda mühazirə
oxuyub. Mühazirəçi BBMM-in təşəbbüsü
ilə həyata keçirilən “Terror multikulturalizmə
qarşı” layihəsinin
əhəmiyyətindən bəhs edərək dünyada terrorun, bəşəri cinayətlərin
geniş vüsət aldığı bir dövrdə mövzunun aktuallığını vurğulayıb.
O, multikulturalizmin alternativi
olmadığını bildirib
və terror aktlarını
dünyadakı milli, dini, irqi, mədəni
müxtəlifliyi məhv
etməyə yönələn
bəşəri cinayət
kimi səciyyələndirib.
Dünyada multikultural dəyərlərin
yayılmasının, multikulturalizmin
təbliği və təşviqinin terroru aradan qaldıracağına
ümidvar olduğunu bildirib.
Mühazirədə Dövlət müşaviri,
akademik Kamal Abdullayev də iştirak edib və Azərbaycan multikulturalizminin xüsusiyyətləri
ilə bağlı fikirlərini bölüşüb.
Sonda tələbələr
mövzu ilə bağlı fikirlərini bildiriblər, onların sualları cavablandırılıb.
III beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları
Tufandağda
Mühazirədən sonra yay məktəbinin
iştirakçıları üçün Tufandağ
yay-qış turizm istirahət kompleksində kanat gəzintisi təşkil edilib. III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları
qəbələli gənclərlə
birgə Tufandağda istirahət edib, çay süfrəsi arxasında səmimi söhbət aparıblar.
Növbəti “Öz xalqını
təqdim et” musiqili axşamının
təqdimatçıları Çexiya, Rusiya, Türkiyə və Ukraynadan gələn tələbələr olub.
AZƏRTAC
Azərbaycan.- 2016.- 21 iyul.- S.4.