Azərbaycan xalçaçılığı: ənənədən perspektivədək

 

Azərbaycan Prezidenti İlham Əliyevin xalçaçılıq sənətinin inkişafını təmin etmək üçün imzaladığı sərəncam bir neçə sahəni əhatə edir

 

Xalçaçılıq sənətinin tarixi əsrlərlə ölçülür. Maddi-mədəniyyət nümunələrindən sayılan bu unikal nümunələr haqqında nağıllar, əfsanələr də az deyil. Xalçaçılığa dair ən qədim və dəyərli arxeoloji materiallar Dağlıq Altay kurqanlarındakı daimi buzlaq ərazilərində aşkar edilib. Bütöv halda qalmış xalça Pazırık (Basırıq) kurqanlarında tapılıb, o, hazırda Sankt-Peterburqdakı Ermitajda saxlanılır.

Respublikamızda xalçaxalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini, ondan səmərəli istifadəni və digər işlərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 5 may 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov ölkəmizin bütün bölgələrində xalçaçılığın inkişafı üçün münbit şəraitin olduğunu vurğuladı. Sovetlər dövründə fəaliyyət göstərmiş “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyi Azərbaycan xalçalarının kütləvi halda istehsalı ilə məşğul olub. Bu qurum dövlət tərəfindən yaradılmış istehsalat müəssisəsi olsa da, XX əsrin sonunda yaranmış iqtisadi şəraitdə fəaliyyətini demək olar ki, dayandırıb: “Sovetlər dönəmində “Azərxalça” əl əməyinə əsaslanan xalçaçılıq mərkəzi olub. Buya digər şəkildə mərkəz dövrün tələb və qaydalarına uyğun olaraq sənətin ənənələrini yaşatmağa çalışıb və müəyyən nailiyyətlər əldə edib. Lakin dövlət müstəqilliyinin bərpasından sonra digər sahələrdə olduğu kimi, xalçaçılıqda da yeni tələblər ortaya çıxıb. Ona görə də xalçaçılıqla məşğul olan bu qurum fəaliyyət göstərə bilməyib və özünün tənəzzül dövrünü yaşayıb. Qədim xalq sənətinin yaşadılması və müasir dövrün tələblərinə uyğun şəkildə ondan bəhrələnmək baxımından Azərbaycan Prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı olduqca mühüm əhəmiyyət daşıyır. Bu sərəncamın tarixi mahiyyəti, dəyəri olduqca böyükdür. Bu, tarixi ənənələrin bərpası deməkdir. Yaradılan yeni “Azərxalça” ASC xalqımızın tarixini, mədəniyyətini, zəngin məişətini özündə yaşadan xalçaçılığın kompleks şəkildə inkişafını təmin edəcək bir qurumdur. Bu qurumun fəaliyyətində ölkə iqtisadiyyatının, sənayesinin bir sıra mühümvacib istiqamətləri əhatə olunacaq”.

Xalçaçılıq şəbəkəsinin genişləndirilməsinin turizmin inkişafına da mühüm təsir göstərəcəyi şübhəsizdir. Eyni zamanda, bu, qadınların işlə təmin olunmasında mühüm faktordur. Xalçaçılıqda əsas işçi kontingenti qadınlardır. Onların işlə təminatı isə ailənin büdcə gəlirlərinin artması deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələnin aktuallığına diqqət yetirərək bildirdi ki, biz ilk növbədə özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalı və xarici bazarlara çıxmalıyıq. Bu, məşğulluq problemlərinin həllinə də çox müsbət təsir göstərəcəkdir: “Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdirilibdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlarbunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək”.

Yeni yaradılan “Azərxalça” ASC məhsulun tədarükündən başlayaraq, istehlak bazarına çıxarılmasına kimi xalçaçılıq sahəsindəki mövcud problemlərin həlli üçün yaradılmış bir qurumdur. Keyfiyyətli xalçaların toxunmasında müxtəlif və özünəməxsus çeşnilərlə yanaşı, onların “Azərbaycan brendikimi təqdim olunması üçün keyfiyyətli boyaqlardan istifadə vacib şərtdir. Bu gün Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Şirvan, Qazax-Borçalı, Quba, Gəncə kimi tarixi xalçaçılıq bölgələrinə xas olan çeşniləri dünyada tanıtmaq lazımdır. Respublikamızın regionlarında fəaliyyət göstərəcək xalçaçılıq emalatxanalarında istehsal kompleks şəkildə həyata keçiriləcəkdir. Məsələnin başqa bir tərəfi də var. Həmin sexlərdə çalışacaq qadınlara imkan yaradılacaq ki, onlar yaddaşlarında saxladıqları milli naxış və çeşniləri barmaqlarında ilmələndirsinlər.

“Azərxalça” ASC xarici ölkələrlə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Xarici ölkələrdə nümayəndəliklərin açılması, xalçaçılıq üzrə beynəlxalq simpoziumlardakonfranslarda iştiraks. üçün mühüm tədbirlər planı hazırlanır. Azərbaycan xalçaçılığı haqqında müxtəlif dillərdə sənədli filmlərin çəkilməsi, məlumat-informasiya xarakterli broşürlərin hazırlanması, beynəlxalq satış-sərgilərində iştirak da plana uyğun həyata keçiriləcəkdir.

İlk mərhələdə respublikanın müxtəlif rayonlarında 1000-1500 nəfər işçini əhatə edən xalçaçılıq emalatxanaları fəaliyyət göstərəcək. Hər emalatxanada təxminən 150 nəfərdən ibarət xalçaçı kollektivi çalışacaq. Vaxtilə “Azərxalça”da çalışmış təcrübəli mütəxəssislərin zəngin təcrübəsindən istifadə ediləcək. AMEA-nın müvafiq sahə institutları, Kənd Təsərrüfatı Nazirliyi və digər strukturlarla əməkdaşlıq ediləcək.

...Xalçalar zaman-zaman öz dəyərini birə-min artıraraq, evin, ailənin ən qiymətli əşyalarından sayılıb. Xalı ilə xalçanın fərqini nənələr və xalçaçılıq sənətinin biliciləri daha yaxşı bilir. İlk dəfə nənələrimiz xalı toxuyublar. Bunun da əsasən tərəkəmə ellərində köçəri həyatın üstünlük təşkil etməsi ilə bağlı olduğu bildirilir. Qışda aranda qışlayan, yayda yaylaqda yaylayan elat tayfaları otağı və keçədən qurulmuş alaçığı bəzəmək üçün xalılardan istifadə ediblər. Evin döşəməsinin ölçüsündə xalılar toxunub. Belə xalılar xovluxovsuz olublar. Əsasən ilk vaxtlar xalılar xovsuz toxunub, yəni, palaz, kilim, şəddə və s. formada. Sonralar xalıların ölçüləri dəyişdirilib: xalçaya çevrilib və əsasən xovlu toxunublar. Ən kiçik formatlı xalçalara rast gəlmək mümkündür ki, onlar qiymətli hədiyyə kimi sifarişlə toxunur.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2016.- 24 iyul.- S.4.