Qobustanda “Multikultural və
tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
Qobustanda
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz:
tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın multikulturalizm siyasətinin
daha dərindən mənimsənilməsi, milli
mənəvi dəyərlərin
qorunub saxlanılması
və təşviqi, eləcə də bu sahələrdə qarşıda duran vəzifələrin müzakirə
edildiyi konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qobustan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin
səlahiyyətli nümayəndəsi,
dini icma sədrləri, ilahiyyatçılar,
həmçinin ictimaiyyət
fəalları iştirak
ediblər.
Əvvəlcə Heydər Əliyev
adına parkda Ümummilli Liderin abidəsi ziyarət olunub.
Gənclər Mərkəzində keçirilən
konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən,
dini ekstremizm və radikalizmin fəsadlarından bəhs
edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı
Adil Məmmədov respublikamızda tarixən
müxtəlif millətlərin
nümayəndələrinin birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə
hörmətlə yanaşdıqlarını
vurğulayıb.
Konfransda
çıxış edən
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı diqqəti “Fitnə” sənədli filmində nümayiş etdirilən faciəli səhnələrə cəlb
edərək bildirib ki, aldadılaraq Suriyaya aparılan və orada həlak
olan gəncin atasının keçirdiyi
hisslər, terrorçuların
təsiri altına düşən və həbsxanada yatan gənclərimizin peşmançılığı
bu gün dini radikalizmin, İslam dinindən öz siyasi məqsədləri üçün
istifadə edən qüvvələrin törətdikləri
fitnə-fəsadlara qarşı
hamılıqla mübarizənin
zəruriliyini ortaya qoyur.
Mübariz Qurbanlı “Dini ekstremizmə qarşı mübarizə haqqında”
Qanunun tələblərindən
irəli gələn məsələlər, dini
radikalizm və onun fəsadlarından söhbət açıb. Komitə sədri
din pərdəsi altında
aparılan münaqişələrdən
danışaraq bildirib
ki, dünyada aparıcı güclər
din amilindən geosiyasi
maraqları üçün
istifadə edir. İslamı
siyasiləşdirərək daxildə qarışıqlıq
yaratmaqla, onun gözdən salınmasına
yönələn siyasət
həyata keçirilir.
Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi
getdikcə artmaqdadır.
O qeyd edib ki, dünyanın bu böhranlı dövründə Azərbaycanda
qlobal təhlükəsizlik
məsələləri müzakirə
olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyada
təkcə enerji təhlükəsizliyində deyil,
eyni zamanda, qlobal təhlükəsizlik
məsələlərində də töhfə verən ölkəyə çevrilib.
Vurğulanıb ki, Azərbaycanda dövlət-din münasibətlərinin
əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulub. Bu gün
isə həmin münasibətlər bütün
hüquqi dövlətlərdə
olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir.
Ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının
Konstitusiyası fəaliyyət
göstərir. Konstitusiyada
beynəlxalq hüququn
hamılıqla tanındığı
norma və
prinsiplər əksini
tapmaqla yanaşı, bütün növ
fundamental insan, vətəndaş
hüquq və azadlıqları təsbit
edilib. Bu gün
Azərbaycanda bütün
dinlərin qanunvericiliyə
uyğun azad və sərbəst fəaliyyətinə icazə
verilir.
Konfransda mövcud təhlükələrin
ölkəyə yol tapmaması üçün
valideynlərin ailədə,
ziyalıların cəmiyyətdə
təbliğat aparmalarının
zəruriliyi vurğulanıb. Bu barədə çıxış
edən Qafqaz Müsəlmanları İdarəsinin
nümayəndəsi Mərəhməd
Mustafayev gənc nəslin dini baxımdan daha da bilikli olması
üçün məktəblərdə,
müxtəlif təhsil
müəssisələrində seminarların, təlimlərin
təşkil olunmasının
əhəmiyyətini qeyd
edib.
Sonda
iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.
Azərbaycan.- 2016.- 27 iyul.- S.3.