Azərbaycanda multikultural mühit
dərin tarixi köklərə malikdir
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi,
etnik-dini dözümlülük
mühiti tarixi ənənələrdən bəhrələnən
milli siyasətin məntiqi nəticəsidir.
AZƏRTAC
xəbər verir ki, bu fikir
iyulun 27-də Balakən
rayon Mədəniyyət Mərkəzində
keçirilən “Multikultural
və tolerant dəyərlərimiz:
tarixilik, varislik, müasirlik” mövzusunda
regional konfransda səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Balakən
Rayon İcra Hakimiyyəti
və Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən
dini icma sədrləri, din xadimləri,
ilahiyyatçılar, ictimaiyyətin
nümayəndələri, ziyalılar, gənclər,
həmçinin DQİDK ilə
Dövlət Sərhəd
Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq sərhəd qoşunlarının
“N” saylı hərbi hissənin zabit və əsgərləri də iştirak ediblər.
Konfrans DQİDK-nın
sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından
bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Rayon icra hakimiyyəti
başçısının birinci müavini Azad Balayev tədbiri açaraq rayondakı mövcud dini durum barədə məlumat verib. Vurğulanıb ki, iyirmiyə
yaxın milli azlığın yaşadığı
Balakən rayonu həmişə tolerantlığı
və multikultural dəyərləri ilə
tanınıb. Burada müxtəlif
xalqların nümayəndələri
uzun illərdir ki, dostluq və
mehriban qonşuluq şəraitində yaşayırlar.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycanın
multikulturalizm siyasətinin
daha dərindən mənimsənilməsinə, milli
mənəvi dəyərlərin
qorunub saxlanılması
və təşviqinə
nail olmaq, bu sahədə qarşıda
duran vəzifələri
müzakirə etməkdən
ibarət olduğunu diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, DQİDK-nın sifarişi ilə hazırlanan “Fitnə” filmində dini ekstremizm və radikalizmlə mübarizənin
dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb. Film gənclərin maarifləndirilməsi,
onların radikal dini cərəyanların təsiri altına düşməsinin qarşısının
alınması, milli mənəvi dəyərlərə
bağlılığın gücləndirilməsi, ölkəmizdə
mövcud olan tolerant mühitin qorunması və təbliği baxımından böyük
əhəmiyyət daşıyır.
Vurğulanıb ki, Azərbaycanda multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müxtəlif dini inanclara
malik insanların əsrlər boyu sülh şəraitində
yaşadığı Azərbaycan
dünyaya nümunə
olacaq bir ölkədir. Təsadüfi
deyildir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
2016-cı il Azərbaycanda “Multikulturalizm
ili” elan edilib.
Bildirilib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin ideoloji prinsiplərinin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi azərbaycançılıq
təşkil edir. Azərbaycanda milli mənəvi dəyərlərə, burada
yaşayan xalqların
adət-ənənələrinə həmişə hörmətlə
yanaşılıb. Tolerantlıq Azərbaycan xalqının
ən yüksək dəyərlərindən biridir.
Azərbaycanda İslam dini
ilə bərabər,
digər dinlərə
də hörmət və ehtiram göstərilir.
Komitə sədri diqqəti son dövrlər dünyada İslam dinini radikalizmə sürükləmək
meyillərinin artmasına
çəkərək, bu
sahədə maarifləndirmə
işinin vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki,
dini radikalizm və ekstremizmə qarşı mübarizənin
gücləndirilməsi üçün
ölkəmizdə mühüm
qanunvericilik bazası yaradılıb. 2015-ci ilin
sonunda qəbul edilən “Dini ekstremizmə qarşı mübarizə haqqında”
Qanun dini ekstremizmə qarşı mübarizənin təşkili
və hüquqi əsaslarını müəyyənləşdirir,
eyni zamanda, belə hallara qarşı mübarizə
aparan həm hüquq mühafizə orqanlarının, həm də vətəndaşların
vəzifələrini təsbit
edir.
Məruzə ətrafında müzakirələrdən
sonra iştirakçıların
sualları cavablandırılıb.
Azərbaycan.- 2016.- 28 iyul.- S.4.