İqtisad Universitetində İctimai Nəzarət Şurası yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC İctimai Nəzarət Şurası” yaradılıb. UNEC-də təşkil olunan 2015-2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına nəzarəti bu qurum həyata keçirəcək.

Azərbaycanın tanınmış ekspertlərinin, elm xadimlərinin, KİV nümayəndələrinin təmsil olunduğu şura sessiyanın monitorinqini apararaq nəticələri qiymətləndirəcək. İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız şuraya ünvanlaya biləcəklər. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılacaq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apelyasiya Komissiyasının işinə nəzarəti də şura həyata keçirəcək. İmtahan dövründə universitetinQaynar xətt” xidmətinin (146-1-3) fəaliyyəti də şuraya həvalə ediləcək. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparacaqlar. İmtahan sessiyası ilə bağlı informasiyalar da şuranın icazəsi olmadan yayılmayacaq.

Mayın 31-də “İctimai Nəzarət Şurası”nın üzvləri ilə görüşən rektor, professor Ədalət Muradov bildirib ki, İctimai Nəzarət Şurasının yaradılması UNEC-də keçirilən imtahan prosesində ictimai nəzarəti təmin edəcək. Ə.Muradov monitorinqlər zamanı qarşılaşdıqları halların olduğu kimi ictimaiyyətə çatdırılmasını şura üzvlərinə tövsiyə edib: “İstəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır”. Rektor qeyd edib ki, hədəfimiz UNEC-i dünya səviyyəli universitet sıralarında görməkdir. 

 “Azərbaycan”.- 2016.- 1 uyun.- S. 11.