Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq
uğurla davam etdirilir
Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatının (EPAC) və Korrupsiyaya Qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) İşçi Qrupunun Rumıniyanın paytaxtı Buxarestdə “Səhiyyə sistemində korrupsiya – preventiv tədbirlər və istintaq, ən yaxşı təcrübələr və qarşıda duran vəzifələr” mövzusunda konfransı keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təşkilata üzv ölkələrin səhiyyə sistemində korrupsiyanın qarşısının alınması üçün görülmüş qabaqlayıcı tədbirlər, bu sahədə dövlət satınalmalarının həyata keçirilməsi zamanı baş verən korrupsiya hüquqpozmalarının araşdırılması üsulları və mübarizə mexanizmləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Konfransda Azərbaycanı təmsil edən Baş
Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsinin
Təşkilati və informasiya təminatı
idarəsinin prokuroru İsfəndiyar
Hacıyev çıxış edərək ölkəmizdə
korrupsiyaya qarşı mübarizənin
möhkəm siyasi iradəyə əsaslandığını
vurğulayıb. O, həmçinin səhiyyə
sistemində korrupsiyanın qarşısının
alınması məqsədilə həyata keçirilmiş
hüquqi və institusional
tədbirlər barədə ətraflı məlumat verib, tədbir
iştirakçılarını maraqlandıran sualları
cavablandırıb.
Mədəniyyət.- 2016.- 1 iyun.-
S. 7.