Əli Həsənov: Azərbaycanda medianın palitrası artıq tam formalaşıb

Azərbaycanda medianın palitrası artıq tam formalaşıb, ölkədə 50-dən artıq televiziya radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları media yayım formaları fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 31-də Avropa İttifaqı Avropa Şurasının birgəProqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”ninİfadə media azadlığılayihəsi çərçivəsində diffamasiya mövzusundadəyirmi masa”dakı çıxışında söyləyib.

Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasında fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Əli Həsənov deyib: “1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunmuş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə ölkədə senzura ləğv edilmiş, KİV azadlığının təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilmiş beynəlxalq standartlara uyğunlaşdırılmış, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılmışdır”.

Azərbaycanda medianın palitrasının artıq tam formalaşdığını diqqətə çatdıran Əli Həsənov bildirib ki, ölkədə 50-dən artıq televiziya radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları media yayım formaları fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq üçün çox asan prosedur keçmək fəaliyyətə başlamaq mümkündür.

Əli Həsənov deyib: “Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Bilirsiniz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası Avropa İttifaqının birgəProqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”ninİfadə media azadlığılayihəsinin özünəməxsus yeri vardır”.

Diffamasiyamövzusunda təşkil edilən bugünkü tədbir uzun müddətdir ki, Azərbaycanda hərtərəfli müzakirə olunan məsələlərdən biridir”, - deyən Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, “Diffamasiya haqqındaqanun layihələri bir təşəbbüs kimi 2005-ci, 2011-ci 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub. İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər. Deməli, ilk növbədə, mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər. Həmçinin ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi.

Prezidentin köməkçisi deyib: “2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib müsbət nəticələr əldə edilib. Azərbaycan Prezidentinin fərman sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildəAzərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyiKonsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-lərin müstəqilliyinin təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması digər bu kimi məsələlərin həlli olub.

Elə həmin 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlayıb. Həmin dövrdən bu vaxtadək faktiki olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.

Əli Həsənov deyib: “Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ qalmaqdadır. Qeyd edim ki, əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da vardır.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il dekabrın 27-də insan hüquqlarının əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq etdiyini vurğulayan Əli Həsənov deyib: “Həmin plandaDiffamasiya haqqındaqanunun qəbul edilməsi bəndi öz əksini tapıb. Daha sonra Mətbuat Şurası 2010-cu ili AzərbaycandaDiffamasiya ilielan edib, jurnalist təşkilatlarıDiffamasiya haqqındaQanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb Azərbaycan Milli Məclisinə təqdim edilib. Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərsə , sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb.

Göründüyü kimi, AzərbaycandaDiffamasiya haqqındaqanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib”.

Düşünürəm ki, bugünkü müzakirələrdə bir tərəfdən Azərbaycanda həmin qanunun qəbulu ilə bağlı real imkanlar qiymətləndiriləcək, beynəlxalq təcrübə nəzərdən keçiriləcək səmərəli təkliflər irəli sürüləcək”, - deyə Əli Həsənov bildirib.

Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviçİfadə media azadlığılayihəsinin Avropa Şurası Avropa İttifaqı ilə əməkdaşlığın vacib elementi olduğunu söyləyib.

Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Penninks vurğulayıb ki, jurnalistlər öz fəaliyyətlərində vicdanla davranmalı etik qaydaları nəzərə almalıdırlar.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkəmizdə diffamasiyaya hazırlıq mərhələsinə start verildiyini bildirib. O qeyd edib ki, cəmiyyətdə bu qanunun qəbulu ilə bağlı fikir ayrılıqları mövcuddur.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ceron Uilyamsİfadə media azadlığılayihəsi çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlərin uğurla həyata keçiriləcəyinə inandığını bildirib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı söz ifadə azadlığının, insanların şərəf ləyaqətinin təmini hüququnun Azərbaycan Konstitusiyasında təsbit olunduğunu söyləyib.

Milli Məclisin hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan dövlətinin söz ifadə azadlığı sahəsində bütün öhdəliklərə sadiq olduğunu vurğulayıb, diffamasiya qanunu ilə bağlı görülən işlərdən danışıb.

Dövlət qurumlarının, beynəlxalq təşkilatların 50-dək nümayəndəsinin iştirak etdiyidəyirmi masamüvafiq mövzularda sessiyalarla müzakirələrlə davam edib.

Mədəniyyət.- 2016.- 1 iyun.- S. 5.