TAP-ın icraçı direktoru Yan Bradşoudan
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika
Günü münasibətilə
Sizi təbrik edir, Cənub Qaz Dəhlizinə və xüsusilə onun Avropa qolu
olan Trans-Adriatik boru kəməri (TAP) layihəsinə göstərdiyiniz
davamlı dəstəyə
görə Zati-alinizə
səmimi qəlbdən
təşəkkür edirəm.
Mayın 17-də Salonikidə TAP-ın təməlinin qoyulması
bu vacib layihənin həyata keçirilməsində tarixi
mərhələ oldu. Mərasimdə
Azərbaycanın yüksək
səviyyəli nümayəndə
heyətinin iştirakı
tədbirin uğur qazanmasına böyük töhfə verdi.
Zati-aliləri, 28 May - Respublika Günü
münasibətilə Sizi
TAP-ın əməkdaşları
adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına firavanlıq diləyirəm.
Bu xoş fürsətdən
istifadə edərək,
ümidvar olduğumu bildirirəm ki, biz TAP layihəsini vaxtında, yəni, 2020-ci ildə təhvil verəcəyik.
Sizə
dərin hörmətlə,
Yan Bradşou
TAP-ın icraçı direktoru
Azərbaycan.- 2016.- 1 iyun.- S. 4.