İran İslam
Respublikasının Prezidenti
Həsən Ruhanidən
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı
– Respublika Günü
münasibətilə Zati-alinizi,
eləcə də
dost və qardaş Azərbaycan Respublikasının
dövlətini və
xalqını səmimi
qəlbdən təbrik
edirəm.
Əmin
olduğumu bildirirəm
ki, xalqlarımızın
müştərək marağını
nəzərə alaraq,
İran İslam Respublikası ilə Azərbaycan Respublikası
rəsmilərinin birgə
artan səyləri nəticəsində ölkələrimiz
arasındakı gözəl
dostluq münasibətləri
bundan sonra da xalqlarımızın qarşılıqlı mənafeyi
çərçivəsində ikitərəfli, regional və
beynəlxalq səviyyədə
daha da genişlənəcəkdir.
Allah-Taaladan Sizə
möhkəm cansağlığı,
Azərbaycan Respublikasının
xalqına isə xoş günlər və başucalığı
arzulayıram.
Hörmətlə,
Həsən Ruhani
İran İslam Respublikasının
Prezidenti
Azərbaycan.- 2016.- 1 iyun.- S. 3.