Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviyanın Prezidenti
Vayra Vike-Frayberqadan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru İsmail Serageldindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Milli bayramınız
- Respublika Günü
münasibətilə Zati-alinizi
və Azərbaycan xalqını Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin üzvləri
adından təbrik edirik. Ölkənizə davamlı tərəqqi,
uğurlar və sülh arzulayırıq.
İcazə verin, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinə
yarandığı vaxtdan
göstərdiyiniz dəstəyə
görə Sizə dərin minnətdarlığımızı
bildirək. Sizin himayəniz olmasaydı,
Mərkəz bu gün dünyanın ən mühüm məsələlərini müzakirə
edən aparıcı
beynəlxalq platformalardan
birinə çevrilməzdi.
Cənab
Prezident, xahiş edirik, Sizə olan yüksək ehtiramımızı və
xoş arzularımızı
qəbul edin.
Hörmətlə,
Vayra Vike-Frayberqa
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə
Latviyanın Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri,
Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru
Azərbaycan.- 2016.- 1 iyun.- S. 3.