Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld
Əbdüləzizdən
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.
Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin dost xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimiz bundan sonra da davam edəcək.
Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edin.
Hörmətlə, qardaşınız
Məhəmməd Uld Əbdüləziz
Mavritaniya İslam
Respublikasının Prezidenti
Mədəniyyət.- 2016.- 1 iyun.-
S. 3.