Rusiya Rəssamlıq Akademiyasının prezidenti
Zurab Seretelidən
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyəti, Rusiya rəssamları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.
28 May - Respublika Günü ölkənizin tarixində
çox əlamətdar
hadisədir. Məhz
1918-ci ilin həmin may
günündə Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranması elan edilib. Müstəqilliyini yenidən bərpa
edən Azərbaycan bu gün çiçəklənən
ölkəyə çevrilib.
Bu uğurların qazanılmasında
Sizin mühüm
rolunuz əvəzsizdir.
Akademiyamız yaradıcılıq layihələrinə və
təşəbbüslərinə Sizin diqqət və qayğınızı,
həmçinin mədəniyyətin,
incəsənətin və
ölkələrimiz arasında
mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinizi yüksək
dəyərləndirir.
Çox
hörmətli İlham
Heydər oğlu, bu əlamətdar bayram münasibətilə
Sizi və Sizin şəxsinizdə
bütün Azərbaycan
xalqını bir daha səmimi qəlbdən təbrik edirik.
Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər,
xoşbəxtlik, sülh
və rifah diləyir, bütün niyyətlərinizin və
təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayırıq.
Hörmətlə,
Zurab Sereteli
Rusiya Rəssamlıq Akademiyasının
prezidenti
Azərbaycan.- 2016.- 1 iyun.- S. 4.