Türkdilli Ölkələrin
Parlament Assambleyasının
baş katibi Jandos Asanovdan
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizə
və bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin
Parlament Assambleyasının
adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Müsəlman Şərqində qurulan
ilk respublika olaraq türk dünyasına zəngin irs
bəxş etmiş və bu il
yaradılmasının 98-ci ildönümünü qeyd
etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin müdrik və uğurlu rəhbərliyi nəticəsində siyasi,
iqtisadi və mədəni sahələrdə
aparıcı dövlətlərdən
birinə çevrilərək
dünya ölkələri
üçün nümunəvi
model kimi qiymətləndirilir.
Zati-alinizin hərtərəfli dəstəyi
sayəsində Azərbaycanın
türkdilli dövlətlər
arasında sürətlə
inkişaf edən əməkdaşlığa verdiyi
mühüm töhfəni
çox yüksək
qiymətləndiririk.
Bu xoş fürsətdən
istifadə edərək,
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar
və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Yüksək hörmət və
ehtiramla,
Jandos Asanov
Türkdilli Ölkələrin Parlament
Assambleyasının baş
katibi
Azərbaycan.- 2016.- 1 iyun.- S. 3.