Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı
Şıxsəidovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən
xoş və səmimi təbriklərimi
qəbul edin. Azərbaycan Respublikasının
keçmişi və
gələcəyi ilə
sıx bağlı olan bu bayram
müxtəlif xalqların,
mədəniyyətlərin və dinlərin nümayəndələrini - Vətəni
sevən, onu güclü və firavan dövlətə çevirməyə çalışan
hər kəsi birləşdirən bir ölkənin müstəqilliyinin
rəmzinə çevrilib.
Rusiya Federasiyasının tərkib
hissəsi olan Dağıstan Sizin ölkənizlə əsrlər
boyu davam edən dostluq və mehriban qonşuluq münasibətlərini
yüksək qiymətləndirir.
Azərbaycan Respublikasında Dağıstan
Respublikası günlərinin
keçirilməsi münasibətlərimizin
genişlənməsinə böyük töhfə verib.
İcazə verin, bu xoş
fürsətdən istifadə
edib səfər zamanı səmimi qəbula görə dərin təşəkkürümü
bildirim. Biz Sizin
rəhbərliyiniz ilə
iqtisadi və ictimai-siyasi dəyişikliklər
istiqamətində Azərbaycanın
qazandığı sanballı
uğurların, ölkə
vətəndaşlarının həyatının yaxşılaşmasının
bir daha şahidi olduq.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı,
firavanlıq, xoşbəxtlik,
ölkənizin rifahına
yönələn bütün
niyyətlərinizin həyata
keçməsini, Azərbaycan
xalqına isə sülh və rifah arzu edirəm.
Hörmətlə,
Xızrı Şıxsəidov
Rusiya Federasiyası Dağıstan
Respublikası
Xalq Məclisinin sədri
Azərbaycan.- 2016.- 1 iyun.- S. 4.