İtaliya-Azərbaycan Ticarət
Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldidan
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Əziz cənab Prezident.
Milli bayramınız
- Respublika Günü
münasibətilə Sizə,
ailənizə və bütün Azərbaycan xalqına İtaliya–Azərbaycan
biznes ictimaiyyəti adından səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Respublikası həmişə
multikulturalizm və tolerantlıq məkanı
olub. İkitərəfli rəsmi
biznes təşkilatı
olaraq biz Sizin
uzaqgörən rəhbərliyinizlə
hökumətinizin beynəlxalq
ticarətə verdiyi dəstəyi və töhfələri yüksək
qiymətləndirir və
buna görə Zati-alinizə minnətdarıq.
Bu, ötən həftə Bakıda keçirilən Azərbaycan-Avropa
İttifaqı Biznes Sammitində beynəlxalq təşkilatlar tərəfindən
etiraf olundu və yüksək qiymətləndirildi.
Əminəm ki, italiyalı və azərbaycanlı sahibkarlar arasındakı uğurlu iqtisadi əlaqələr və xalqlarımızın dostluğu
bundan sonra da ölkələrimizin maraqlarına uyğun olaraq inkişaf edəcək.
Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Manuela
Traldi
İtaliya-Azərbaycan Ticarət Palatasının
(İTAZERCOM) prezidenti
Azərbaycan.- 2016.- 1 iyun.- S. 4.