Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail
Dövlətindəki nümayəndəliyinin direktoru,
” Cəmiyyət üçün beynəlxalq
layihələr” qeyri-hökumət təşkilatının rəhbəri
Arye Qutdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident.
Azərbaycanın böyük bayramı – Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Bu bayram Azərbaycanın zəngin tarixini təcəssüm etdirir. Çünki müsəlman Şərqində ilk parlamentli demokratik respublika məhz Azərbaycan Xalq Cümhuriyyəti olub.
Sizin diplomatik səyləriniz sayəsində bu gün Azərbaycan Cənubi Qafqazın şəksiz lideri, onun paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
İsrail Dövləti yəhudi icmasına Azərbaycanın və şəxsən Sizin dünyada presedenti olmayan qayğıkeş və səmimi münasibətini yüksək qiymətləndirir. Dünyəvi dövlətə, tolerantlığa, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə istər İsrail cəmiyyətinin, istərsə də dünyanın başqa dövlətlərindəki yəhudi icmalarının dərin ehtiramını qazanmısınız.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,
Arye Qut
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
İsrail Dövlətindəki nümayəndəliyinin
direktoru,
”Cəmiyyət üçün beynəlxalq layihələr”
qeyri-hökumət
təşkilatının rəhbəri
Azərbaycan.- 2016.- 1 iyun.- S. 4.