Avstraliya İttifaqının
General-qubernatoru Piter Kosqroyvdan
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab Prezident.
Milli bayramınız
- Respublika Günü
münasibətilə Azərbaycan
hökumətinə və
xalqına Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırmaq
istərdim.
Azərbaycan ilə Avstraliya arasındakı münasibətlər
xalqlararası əlaqələrin,
siyasi, iqtisadi və ticari əməkdaşlığın inkişafı ilə güclənməkdə davam
edir.
Ölkənizdəki parlament seçkilərini
müşahidə etmək
üçün Azərbaycana
səfər edən Avstraliya parlamentinin nümayəndə heyətini
səmimi qarşıladığınıza
görə Sizə təşəkkür edirəm.
Avstraliya hökuməti inanır ki, terrorizm, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və silahsızlaşma kimi qlobal çağırışlar
genişmiqyaslı qlobal
həll tələb edir. Avstraliya BMT çərçivəsində
Azərbaycan ilə birgə çalışmaqdan
məmnundur və ölkələrimiz arasındakı
sıx əməkdaşlığın
davam edəcəyinə
inanır.
Avstraliya əmindir ki, onun İnsan Hüquqları Şurasında
2018-2020-ci illər üzrə
namizədliyi Azərbaycan
tərəfindən dəstəklənəcək. Avstraliyanın namizədliyi bizim insan hüquqlarının
inkişafında və
qorunmasında uzunmüddətli
öhdəliyimizin göstəricisidir.
Avstraliya
Şuranın işində
fəal iştirak edir. Bu, bizim
üzvlük üçün
ilk müraciətimizdir.
İcazə verin, ölkələrimiz
arasında mövcud dostluq əlaqələrinin
gələcəkdə də
inkişaf edəcəyinə
inamımı ifadə
edim.
Dərin
hörmətlə,
Piter Kosqroyv
Avstraliya İttifaqının General-qubernat
Azərbaycan.- 2016.- 1 iyun.- S. 3.