Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkidən
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri, əziz dostum.
Azərbaycan milli bayramını – 28
May Respublika Gününü
qeyd edir. Bu tarix müsəlman Şərqində ilk demokratik
respublikanın – Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranması günüdür.
Bu əlamətdar bayram münasibətilə
Sizə və Azərbaycan xalqına dərin hörmətimi və dostluq ehtiramımı çatdırıram.
Bu bayramın çox
böyük rəmzi mənası var. Qədim tarixə və zəngin ənənələrə
malik olan Azərbaycan xalqı bu gün milli
dövlət bayramını
qeyd edir.
Atanız, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Prezident Heydər Əliyevin və Sizin sayənizdə ölkənizdə dövlət
quruculuğu prosesi yenidən dirçəldi
və yüksəklərə
qalxdı. Bu gün
Siz məğrur və müstəqil xalqa rəhbərlik edirsiniz. Bu xalq
tərəqqisi, təhsili
və müasir ölkəsi ilə fəxr edə bilər. Müasir müstəqil Azərbaycan
Respublikasının tarixi
baxımdan qısa dövr ərzində əldə etdiyi nailiyyətlər Sizin adınızla bağlıdır.
Bu nailiyyətlər Sizin adınızı
dünyada mənim şəxsən tanımağımdan
şərəf duyduğum
görkəmli rəhbərlər
sırasına yazdı.
Dərin
hörmətlə dostunuz,
Patrik Hikki
Avropa Olimpiya Komitəsinin
prezidenti
Azərbaycan.- 2016.- 1 iyun.- S. 3.