Şimali Kipr Türk Respublikasının
Prezidenti Mustafa Akıncıdan
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Möhtərəm Prezident.
Qardaş
Azərbaycanın milli
bayramı – Respublika Günü münasibətilə
Sizə və Sizin simanızda bütün xalqınıza
Şimali Kipr Türk Respublikasının
xalqı adından və şəxsən öz adımdan ürəkdən gələn
ən səmimi təbriklərimi çatdırmaqdan
məmnunluq duyuram.
Hörmətlə,
Mustafa Akıncı
Şimali Kipr Türk Respublikasının Prezidenti
Azərbaycan.- 2016.- 2 iyun.- S. 4.