Xorvatiya Respublikasının
Prezidenti Kolinda Qrabar-Kitaroviçdən
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab Prezident,
əziz dost.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya
Respublikasının vətəndaşları
adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı
üçün ən
xoş arzularımı
bildirməkdən məmnunluq
duyuram.
Xorvatiya
Respublikası ilə Azərbaycan Respublikası
iki dost dövlət olub, qarşılıqlı
maraq kəsb edən bir çox
sahədə əməkdaşlıq
edirlər. Əminəm ki, qarşıdakı
dövrdə biz əlaqələrimizi
daha da gücləndirəcək,
xüsusən iqtisadi sahədə əməkdaşlığımızı
dərinləşdirəcəyik.
Cənab
Prezident, ən yüksək ehtiramımı
qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Kolinda Qrabar-Kitaroviç
Xorvatiya Respublikasının Prezidenti
Azərbaycan.- 2016.- 2 iyun.- S. 4.