Macarıstan
Respublikasının Prezidenti Yanoş Aderdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırım.
Azərbaycanın iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyətdə haqlı olaraq yüksək rəğbət doğurur. Arzu edirəm ki, ölkənizin inkişafı gələcəkdə də bu sürətlə davam etsin.
Mən bir daha təsdiq edirəm ki, Macarıstan ölkələrimiz arasındakı strateji tərəfdaşlığı bundan sonra da inkişaf etdirmək və dostluq əlaqələrimizi möhkəmləndirmək niyyətinə sadiq qalacaqdır.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə böyük uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
Yanoş Ader
Macarıstan Respublikasının Prezidenti
AZərbaycan.- 2016.- 2 iyun.- S. 4.