Azərbaycan Prezidenti İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosunun daimi üzvü, Dövlət Şurası
Sədrinin birinci müavininin rəhbərlik
etdiyi nümayəndə
heyətini qəbul edib
Prezident İlham
Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət
Şurası Sədrinin
birinci müavini Can Qaolinin rəhbərlik
etdiyi nümayəndə
heyətini qəbul edib.
Qonaqları Azərbaycanda
salamlayan Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında
dostluq və əməkdaşlıq münasibətlərinin
daha da inkişafına
xidmət edəcəyinə
əminliyini ifadə etdi. “Biz Çin
Xalq Respublikası ilə münasibətlərin
inkişafına böyük
önəm veririk”, - deyən dövlətimizin
başçısı ötən
ilin sonunda Çin Xalq Respublikasına dövlət
səfərini məmnunluqla
xatırladı. Prezident
İlham Əliyev səfər çərçivəsində
aparılan danışıqların,
imzalanan sənədlərin
gələcək əməkdaşlıq
baxımından əhəmiyyətini
vurğuladı. Ölkələrimiz
arasında siyasi əlaqələrin yüksək
səviyyədə olduğunu,
iqtisadi, humanitar, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın
inkişaf etdiyini deyən dövlətimizin
başçısı əmin
olduğunu bildirdi ki, bu səfər
dostluq münasibətlərinin
genişlənməsində daha bir mühüm
addım olacaq.
Azərbaycana səfərindən
məmnun olduğunu deyən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət
Şurası Sədrinin
birinci müavini Can Qaoli Bakıya
səfər etməzdən
öncə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə
görüşdüyünü bildirdi, onun ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırdı. O dedi
ki, Çin Xalq Respublikasının Sədri Azərbaycanı Çin üçün mühüm və dost ölkə hesab edir. İlk
dəqiqələrdən paytaxtımızda
gedən inkişaf proseslərinin, şəhərimizin
gözəlliyinin onda
dərin təəssürat
yaratdığını deyən
Can Qaoli Bakının şəhərsalma
baxımından tarixlə
müasirliyin vəhdətinin
nümunəsi olduğunu
bildirdi, Prezident İlham Əliyevin rəhbərliyi altında
ölkəmizin sürətlə
inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını
vurğuladı.
Prezident İlham
Əliyev qısa müddət ərzində
Çindən yüksək
səviyyəli nümayəndə
heyətlərinin Azərbaycana
həyata keçirdikləri
səfərləri münasibətlərimizin
yaxşı nümunəsi
kimi qiymətləndirdi,
Çin ilə əlaqələrin inkişafının
Azərbaycanın xarici
siyasətinin əsas prioritetlərindən olduğunu
diqqətə çatdırdı.
Dövlətimizin başçısı
vurğuladı ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında
dialoq üzrə tərəfdaş statusunu
almasını bu təşkilata tam inteqrasiya olunmaq istiqamətində ilkin addım kimi dəyərləndirir və
bu təşkilat ilə əməkdaşlıq
ölkəmizin xarici siyasətində mühüm
yer tutur. Prezident İlham Əliyev Azərbaycanın
Çin ilə terrorizm və ekstremizmlə mübarizədə
əməkdaşlığa böyük önəm verdiyini bildirdi. Azərbaycanın Çin
ilə İpək Yolu infrastrukturunun yaradılması və inkişaf etdirilməsində
birgə fəaliyyətdə
maraqlı olduğunu qeyd etdi. Bildirdi
ki, Azərbaycan Çindən Avropaya və əksinə malların daşınmasında
mühüm tranzit rolunu oynamağa hazırdır. Bunun üçün ölkəmizdə
dəmir yolunun, həmçinin Xəzər
hövzəsində ən
böyük yeni dəniz limanının inşası və burada azad iqtisadi
zonanın yaradılması
istiqamətində tədbirlər
görülür və
Azərbaycan bu işlərdə Çin
şirkətlərinin fəal
iştirakında maraqlıdır.
Dövlətimizin başçısı
Çin investisiyalarının
iqtisadiyyatımızın müxtəlif
sahələrinə yatırılmasının
ölkəmiz tərəfindən
alqışlandığını bildirdi. Çin şirkətlərinin Azərbaycanın
inşaat sektorunda uğurla iştirak etdiklərini deyən Prezident İlham Əliyev ölkələrimiz
arasında turizm, mədəniyyət, təhsil,
enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı,
rabitə-kommunikasiya texnologiyaları
və digər istiqamətlərdə əməkdaşlığın
inkişafı üçün
yaxşı potensialın
mövcud olduğunu vurğuladı, Çinin
iqtisadiyyatın bütün
sahələrində əldə
etdiyi uğurlar münasibətilə təbriklərini
çatdırdı.
Çin Kommunist
Partiyası Mərkəzi
Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası
Sədrinin birinci müavini Can Qaoli vurğuladı ki, Çin Azərbaycan ilə münasibətlərə böyük
önəm verir. Qonaq bundan əvvəl
Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi,
Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi
Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının
katibi - Təhlükəsizlik
Şurasının katibi
Menq Jianzunun ölkəmizdə olduğunu
və həmin səfərin onda böyük məmnunluq doğurduğunu bildirdi. Ölkələrimizin BMT, Şanxay
Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq strukturlarda birgə qarşılıqlı
fəaliyyətinin önəmini
qeyd edən Çin nümayəndə
heyətinin rəhbəri
regional təhlükəsizlik
işində də qarşılıqlı fəaliyyətin
əhəmiyyətini vurğuladı.
“Biz Çin şirkətlərini Azərbaycan
iqtisadiyyatına investisiya
qoymağa təşviq
edəcəyik”, - deyən
qonaq Çinin Böyük İpək Yolunun bərpasında, eyni zamanda, sənaye
istehsalı, neft-qaz sektoru, maşınqayırma,
yüksək texnologiyalar,
infrastruktur, təhsil,
mədəniyyət, turizm
və digər sahələrdə Azərbaycan
ilə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduqlarını
diqqətə çatdırdı.
O, ölkələrimizin hakim
partiyaları arasında
əlaqələrin genişləndirilməsinin
ikitərəfli münasibətlərimizin
möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirdi. Can Qaoli dedi:
“Yeni Azərbaycan Partiyasının əsası
Azərbaycanın ümummilli
lideri Heydər Əliyev tərəfindən
qoyulub. Bu gün Sizin rəhbərliyinizlə bu
partiya Azərbaycanın
ümumi inkişafında
və tərəqqisində
mühüm rol oynayır. Sizin müdrik rəhbərliyinizlə
Azərbaycanda gedən
inkişaf prosesləri
və yürütdüyünüz
uğurlu siyasət Azərbaycan xalqının
tərəqqisinə xidmət
edir”. Can Qaoli bildirdi ki, Çin Azərbaycanın müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü
daim dəstəkləyib
və dəstəkləyir.
Prezident İlham
Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət
Şurası Sədrinin
birinci müavini Can Qaolinin ölkəmiz
haqqında dediyi xoş sözlərə görə minnətdarlığını
bildirdi. Dövlətimizin
başçısı ölkələrimizin
BMT, Şanxay Əməkdaşlıq
Təşkilatı və
digər beynəlxalq strukturlarda fəal əməkdaşlıq etdiyini
bildirdi, Çinin bu təşkilatlarda ölkəmizə verdiyi dəstəyi yüksək
qiymətləndirdi. Prezident
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
toxundu, Ermənistanın
təcavüzkarlıq siyasəti
və münaqişənin
həlli ilə bağlı aparılan danışıqlar prosesi
barədə məlumat
verdi. Bildirdi ki, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi
mühüm əhəmiyyət
daşıyır. Dövlətimizin
başçısı ölkələrimizin
hakim partiyaları arasında əməkdaşlığın
da əhəmiyyətli
olduğunu diqqətə
çatdırdı. Prezident
İlham Əliyev Çin Xalq Respublikasının Sədri
Si Cinpini onun üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət
etdi. Dövlətimizin
başçısı Çin
Xalq Respublikası Sədrinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş
etdi.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2016.- 1 iyun.- S. 2.