Azərbaycanın tolerantlıq və dinlərarası birgəyaşayış modeli Böyük Britaniyada maraqla qarşılanıb

Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə bu ölkənin ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamanın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə Londonda silsilə tədbirlər keçirilib. Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və “Faith Matters” təşkilatının birgə təşkil etdikləri aksiyaMultikulturalizm ili” münasibətilə təşkil edilib. Nümayəndə heyətinin tərkibində olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri akademik Kamal Abdullayev bu səfərlə və keçirilən tədbirlərlə bağlı açıqlama verib.

Multikulturalizm ili” çərçivəsində Azərbaycanın dini tolerantlıq modelinin Avropa ölkələrində nümayiş edilməsinin artıq ənənəyə çevrildiyini bildirən dövlət müşaviri xatırladıb ki, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən bu görüşlər daha əvvəl İsveçdə, Almaniyada olmuşdu: Böyük Britaniya bu baxımdan bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bir tərəfdən bu ölkənin multikultural mənzərəsi ölkə hökuməti tərəfindən adekvat qiymətləndirilmir və burada Baş nazir multikulturalizmin iflasını elan edir. Digər tərəfdən, bu yaxınlarda London meri kimi mötəbər bir vəzifəyə milliyyəti və dini başqa olan şəxs seçilir. İngilis cəmiyyəti dini tolerantlığın hansı qütbünə doğru meyil edir? Bu cəmiyyət kifayət qədərmi açıq cəmiyyətdir və Azərbaycan dəyərlərini kifayət qədərmi adekvat qəbul etməyə hazırdır? Azərbaycanda əsrlərdən bəri formalaşan multikultural dəyərləri biz bu gün başqa xalqlar və cəmiyyətlər ilə bölüşməyə hazırıq. Ölkə Prezidenti İlham Əliyevin multikulturalizmi Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırması, əslində, bütün sülhsevər dünya ictimaiyyətinə, eyni zamanda dövlətlərinə bir dəyərli mesaj idi. Bizi eşitməyə və bizi qəbul etməyə hazırdırlarmı? Dünyanın, konkret olaraq İngiltərənin nüfuzlu dairələri Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin ədalətli həlli problemini adekvat qəbul edə bilirlərmi? Bu suallara cavablar öz-özünü ləngitmədi. Bizimlə bu istiqamətdə söhbətə, bizim dəyərlərimizi öyrənməyə, müzakirə etməyə dünyanın bir çox ölkələrinin tanınmış mənəvi-intellektual dairələri hazır olduqlarını bildirirlər. Səfərlər, xüsusilə London səfəri bunu bir daha sübut etdi”.

Azərbaycana marağın iqtisadi platformadan mədəni-mənəvi-intellektual platformaya keçdiyini söyləyən Kamal Abdullayevin fikrincə, ölkəmizə marağın bu istiqamətinə tam yeni rakurs kimi baxmaq da doğru olmazdı. Çünki XIX əsrdə, elə ondan əvvəlki dövrlərdə də Azərbaycanın ədəbi-elmi potensialı dünyanın bir sıra düha sahiblərini özünə cəlb etmişdi. Sonra bu potensialsovet gerçəkliyi”nin məlum ideoloji-siyasi rejimində əridi və gözdən itdi. Bu gün bu marağın yenidən, özüxeyli intensivləşmiş formasının ortaya çıxmasının müşahidə edildiyini vurğulayan akademikin qənaətincə, bu prosesin daimi olması üçün ölkəmizə olan marağı ona sevgiyə çevirmək və Azərbaycan həqiqətini hamıya eyni dərəcədə çatdırmaq üçün sistemli, konseptual layihələr təqdim etməliyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq humanitar forumlar, “Bakı prosesinin müxtəlif layihələri, Azərbaycan multikulturalizm modelinin get-gedə təkmilləşən mərhələləri və bir çox başqa milli əhəmiyyət daşıyan proqram səciyyəli layihələr bu istiqamətdəki işlərə dövlət tərəfindən verilən diqqət və qayğının bilavasitə təzahürüdür.

Böyük Britaniyada keçirilən tədbirlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası pravoslav dini təşkilatının sədri arxiyepiskop Aleksandr Ata, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru professor Azad Məmmədov iştirak edib. Akademik K.Abdullayevin fikrincə, seçilmiş heyət Azərbaycanın xoş məramından xəbər verir. Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə loyal münasibəti, eyni zamanda dövlətə, azərbaycançılıq ideyasına sədaqəti bu gün nail olduğumuz ciddi siyasi və mənəvi dəyərlərdəndir. Bunlar Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi hesabına bilavasitə əldə edilən uğurdur.

“Azərbaycan tolerantlıq və dinlərarası birgəyaşayış modeli” adlı konfransda, Oksfordda İslam Araşdırmaları Mərkəzinin rəhbərliyi və akademik heyəti ilə görüşdə, Xarici İşlər Nazirliyində Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi və həmkarları ilə söhbətdə, Böyük Britaniyanın Lordlar Palatasında Lord Devid Evansla görüşdə, Londondakı nüfuzluÜç Dinin Forumu” adlı təşkilatda keçirilən “dəyirmi masada son dərəcə maraqlı söhbətlər və fikir mübadilələri olub. Dövlət müşaviri bildirib ki, İngiltərədəki həmkarlarımız ölkəmizi, xalqımızı daha yaxından tanımaq istəyirlər. Bizə o da aydın oldu ki, bunun üçün təkcə birtərəfli səfərlər təşkil etmək kifayət deyil: “Konfrans iştirakçıları tərəfindən sonda belə bir təklif səsləndi ki, Böyük Britaniyadakı dini konfessiya rəhbərlərinin də Azərbaycana səfəri faydalı olardı. Onlar belə səfərlər etməyə hazırdırlar. Bu bizə nə verər? Bizim onlara Azərbaycan barədə danışdıqlarımızı öz gözləri ilə görmək, elə bilirəm ki, Azərbaycana marağın sevgiyə çevrilməsində əsas rol oynayardı. Bundan sonrakı birgə “dəyirmi masa”ların, konfransların funksiya və ünvanları daha da zənginləşərdi.

Azərbaycan Prezidenti qeyd edib ki, multikulturalizm Azərbaycan xalqına əsrlər boyu xas olan bir dəyərdir. Biz bunu qorumuşuq. Amma biz bunu təkcə Azərbaycan üçün qorumamışıq. Bütün dünya üçün qorumuşuq. Baxın, bu gün Azərbaycan öz mədəni-tarixi abidələrini (xüsusilə, dini abidələrini) bərpa edir, onlara yeni həyat verir. Ulu öndərin, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Bizim görüşlər zamanı dini konfessiya rəhbərləri bu məlumatları təfərrüatı ilə xarici dinelm xadimlərinə, diplomatparlament üzvlərinə çatdıranda bunun əks-sədası həqiqətən möhtəşəm olurdu. Bununla yanaşı, bu gün Heydər Əliyev Fondununonun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın gördüyü işlər miqyası ilə sərhədlər aşır. Bu gün Fransada, İtaliyada, Pakistanda, Rusiyada əsl multikultural layihələrə məhz Azərbaycan imza atır. Bu, Azərbaycan multikultural siyasətinin dünyaya çıxışı deməkdir. Siyasiideoloji gələcəyə tuşlanmış son dərəcə vacib perspektivlərdir”.

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”.- 2016.- 2 iyun.- S. 5.