Akademik Ramiz Mehdiyevin kitabı Fransada çap olunub
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
Milli Elmlər Akademiyasının akademiki
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş
tarix” kitabı Fransanın “L’Harmattan” nəşriyyatında fransız
dilində çap olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi
köklərinə həsr
edilən kitabda onun yaranma səbəbləri,
bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu
əks etdirən müxtəlif tarixi mənbələr yer alıb. Bundan əlavə,
kitabda bölgədə
ermənilərin xeyrinə
həyata keçirilən
demoqrafik dəyişikliklərdən,
Dağlıq Qarabağ
və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri
tərəfindən işğal
olunmasından, münaqişənin
həlli istiqamətində
ATƏT-in Minsk qrupunun vasitəçiliyi
ilə həyata keçirilən danışıqlar
prosesinin hazırkı
vəziyyətindən, beynəlxalq
təşkilatların mövcud
vəziyyətə dair
tutduğu mövqedən,
xüsusilə BMT Təhlükəsizlik
Şurasının münaqişə
ilə bağlı qəbul etdiyi qətnamələrin təcavüzkar
Ermənistan tərəfindən
yerinə yetirilməməsindən,
eləcə də münaqişənin beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq
ictimaiyyət tərəfindən
tanınan sərhədləri
və ərazi bütövlüyü çərçivəsində
həll edilməli olduğundan bəhs edilir.
Qeyd edək ki, bu
kitab Dağlıq Qarabağın tarixinə,
münaqişənin başvermə
səbəblərinə, onun
doğurduğu acı
nəticələrə dair
obyektiv və səhih məlumatlar əldə etmək istəyən fransız və fransız dilli oxucular üçün dəyərli
mənbə rolunu oynayacaq.
Azərbaycan.- 2016.- 2 iyun.- S. 6.