“Caspian Oil & Gas” və “Caspian Power 2016” sərgiləri
qapılarını ziyarətçilərə açıb
İyunun 1-də Bakı Ekspo Mərkəzində XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” və VI Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2016” sərgiləri qapılarını ziyarətçilərə açıb.
AZƏRTAC xəbər verir ki, Xəzəryanı regionun energetika sektorunda ən böyük sərgisi olan “Caspian Oil & Gas 2016” iyirmi ildən çoxdur ki keçirilir. Sərgi etibarlı işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalı müqavilələrin imzalanması və layihələrin uğurlu icrası üçün münasib platforma kimi xidmət göstərir. Hər il bu sərgini 10 mindən çox yerli və xarici mütəxəssis ziyarət edir. Sərgiyə yüksək vəzifəli qonaqlar, o cümlədən neft-qaz sahəsi üzrə müxtəlif şirkətlərin nümayəndələri qatılıblar. Sərgidə 30 ölkəni təmsil edən 240 şirkət iştirak edir və həmin ölkələr arasında Azərbaycan, Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələr var. İtaliya və Almaniya sərgidə öz milli pavilyonları ilə iştirak edirlər. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alıb. Sərgidə ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları texnologiyalarının geniş çeşidini təqdim edirlər. Bundan başqa, boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin olunması ilə yanaşı, texniki qulluq xidmətləri üzrə xidmətlər və avadanlıqlar sərgilənir. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya istehsalını və kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.
Sərginin baş sponsoru qismində SOCAR, qızıl
sponsorları BP və “Petronas” şirkətləri,
gümüş sponsorları qismində
isə “Bos Shelf”
şirkəti çıxış edir. Digər sponsorlar
arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”,
“Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri
var.
Digər sərgi “Caspian Power 2016” isə
Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının
fəaliyyətə başlaması,
eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması
ilə şərtləndirilir. Sərgi Azərbaycanın
Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət
Agentliyi tərəfindən
dəstəklənir. Sərginin iştirakçıları
arasında Azərbaycan,
Belarus, Çin, Polşa,
Rusiya və Türkiyənin energetika texnologiyaları üzrə
30-dan çox aparıcı
təchizatçı şirkətləri
var. Sərginin ekspozisiyası
çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri
ilə uçotunun aparılması üçün
avtomatlaşdırılmış sistemlər, “LED” işıqlar,
günəş batareyası
panelləri, işıq-diod
indikatorları, işıqlandırma
sistemləri, müxtəlif
kabel-naqil məhsulları,
kommutasiya-paylayıcı cihazlar,
habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra
digər məhsullar təqdim olunur.
“Caspian
Power 2016” sərgisi elektrik
enerji sənayesinin aparıcı təmsilçiləri
ilə görüşmək,
ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı
faydalı əlaqələr
qurmaq və mövcud əlaqələri
genişləndirmək, habelə
perspektiv müqavilələr
imzalamaq üçün
unikal imkan yaradır.
Hər iki sərgi iyunun 4-dək davam edəcək. Sərgilərin təşkilatçıları “ITE Group” və onun tərəfdaşı
“Iteca Caspian” şirkətidir.
Azərbaycan.- 2016.- 2 iyun.- S. 6.