Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi
və “ASAN Viza” sisteminin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
1.1. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratsın və onun idarə olunmasını təmin etsin;
1.2. “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. “ASAN Viza” sistemi vasitəsilə
aşağıdakılar təmin
edilir:
2.1. elektron viza
alınması üçün
əcnəbinin və
ya vətəndaşlığı
olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;
2.2. elektron viza
alınması üçün
zəruri olan məlumatların bilavasitə
“ASAN Viza” sisteminə daxil edilməsi;
2.3. elektron vizanın
rəsmiləşdirilməsinə görə müəyyən
olunmuş dövlət
rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;
2.4. elektron vizanın
üç iş günü müddətində
verilməsi;
2.5. elektron vizanın
müraciət etmiş
şəxsin elektron ünvanına göndərilməsi;
2.6. “ASAN Viza” sisteminin “Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi
və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə
elektron informasiya mübadiləsinin aparılması;
2.7. elektron viza
verilməsi müddətlərinə
riayət olunmasının,
verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin
monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi
və dövri statistik hesabatların hazırlanması.
3. Müəyyən edilsin ki, elektron viza
siyahısı Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
tərəfindən təsdiq
edilən ölkələrin
vətəndaşlarına və həmin ölkələrdə daimi
yaşayan vətəndaşlığı
olmayan şəxslərə
verilir.
4. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi:
4.1. “ASAN Viza” sistemi vasitəsilə
elektron vizanın üç iş günü müddətində
verilməsinə ciddi
riayət etsin;
4.2. vətəndaşlarına
elektron viza veriləcək ölkələrin
siyahısını bir
ay müddətində Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
4.3. elektron viza
verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması barədə
məlumatın nazirliyin,
habelə Azərbaycan
Respublikasının xarici
ölkələrdəki səfirliklərinin
və konsulluqlarının
internet informasiya ehtiyatlarında
yerləşdirilməsini təmin
etsin.
5. “Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin
Əlaqələndirmə Şurası:
5.1. “ASAN Viza” sisteminin “Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi
ilə inteqrasiyasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
5.2. elektron viza verilməsi
prosesində Azərbaycan
Respublikasına gəlişi
qadağan edilmiş şəxslərin siyahıları
üzrə yoxlamanın
operativ aparılması
məqsədi ilə
“Sərhədkeçməyə məhdudiyyət” informasiya
resursuna daxil edilən məlumatların
dəqiqliyinin və aktuallığının təmin
edilməsi üçün
tədbirlər görsün.
6. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi
“ASAN Viza” sisteminin yaradılması ilə bağlı tədbirlərin
maliyyələşdirilməsini təmin etsin və növbəti illərin dövlət büdcəsi layihələrində
“ASAN Viza” sisteminin saxlanması ilə əlaqədar müvafiq vəsaiti nəzərdə
tutsun.
7. Azərbaycan Respublikası
Xüsusi Dövlət
Mühafizə Xidmətinin
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Agentliyi:
7.1. “ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etsin;
7.2. “ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin
edilməsi üçün
müvafiq tədbirlər
görsün.
8. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi elektron viza verilməsinin
yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması haqqında məlumatın
nazirliyin internet informasiya
ehtiyatlarında yerləşdirilməsini
təmin etsin və Azərbaycan Respublikasına səfərlər
təşkil edən turizm şirkətlərini
bu barədə məlumatlandırsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyun 2016-cı il
Azərbaycan.- 2016.- 2 iyun.- S. 5.