“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02 İyun 2016

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 447; 2001, ¹ 3, maddə 207) əlavə edilmiş “Bakıelektrikşəbəkə” açıq tipli səhmdar cəmiyyətinin tərkibinə daxil edilən müəssisə və obyektlərin Siyahısı” ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 1 iyun 2016-cı il

Azərbaycan.- 2016.- 2 iyun.- S. 4.