“Rayon və
şəhər paylayıcı elektrik
şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi
və idarəetməyə verilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli
676 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
“Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 206, ¹ 10, maddə 640; 2006, ¹ 5, maddə 414; 2008, ¹ 8, maddələr 715, 733; 2009, ¹ 10, maddə 806; 2010, ¹ 8, maddə 726) 2-ci hissəsi və həmin sərəncama 1 və 2 nömrəli əlavələr ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2016-cı il
Azərbaycan.- 2016.- 2 iyun.- S. 4.