Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Barak Obamadan
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab Prezident.
Bakıda keçirilən Beynəlxalq
“Xəzər Neft və Qaz” sərgi
və konfransının
23-cü ildönümü münasibətilə Sizə
və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
Azərbaycan qlobal enerji təchizatında
olduqca mühüm rolunu oynamaqda davam edir və
regional səviyyədə təchizatın
şaxələndirilməsini, bazardakı rəqabəti,
eləcə də enerji təhlükəsizliyini
artırmaq kimi ümumi məqsədimizə
münasibətdə etibarlı
tərəfdaşdır. Bugünkü şəraitdə enerji təchizatının şaxələndirilməsi
həmişəki kimi
əhəmiyyətli olaraq
qalır. Ötən
il ərzində
Azərbaycan və onun tərəfdaşları
“Cənub Qaz Dəhlizi”nin reallığa
çevrilməsində böyük
tarixi mərhələlərə
nail olmuşlar. Azərbaycan
ilə onun beynəlxalq tərəfdaşları
arasında davamlı əməkdaşlıq həmin
mühüm layihənin
başa çatdırılmasını
təmin edəcək,
Birləşmiş Ştatlar
isə beynəlxalq tərəfdaşlarımızla birgə buna yardım etməyə hazırdır və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini vurğulamaqda
davam edir.
Mən
“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi
məqsədilə göstərdiyiniz
səyləri alqışlayıram
və Azərbaycanın
tam potensialına nail olmaqda,
o cümlədən şaxələndirilmiş
iqtisadiyyatı təşviq
etməkdə, sərmayə
mühitini təkmilləşdirməkdə,
hesabatlığı və
qanunun aliliyini gücləndirməkdə və
nəhayət, Azərbaycan
xalqının yaşayış
standartlarını yaxşılaşdırmaqda
atdığınız davamlı
addımlarınızı dəstəkləyirəm.
Birləşmiş Ştatlar Azərbaycanın
sadiq tərəfdaşı
olaraq qalır.
Səmimiyyətlə,
Barak Obama
Amerika Birləşmiş Ştatlarının
Prezidenti
Azərbaycan.- 2016.- 2 iyun.- S.
2.