Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemerondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Ülyahəzrətin hökuməti adından Zati-aliləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını XXIII “Xəzər NeftQaz” sərgi və konfransı münasibətilə təbrik etmək istəyirəm.

Mən ölkələrimiz arasında davamlı güclü ikitərəfli münasibətləri alqışlayıram.

Məmnunam ki, Birləşmiş Krallığın şirkətləri Azərbaycanın karbohidrogen sektorunun davamlı inkişafında mühüm rol oynayırlar.

Azərbaycanın enerji resursları Avropadünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Hökumətim qlobal enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verir. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.

Mən Azərbaycan hökumətini “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində oynadığı rolu ilə bağlı təbrik edirəm və Trans-Adriatik boru kəmərinin mayın 17-də təməlqoyma mərasimini alqışlayıram. Bu, “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisədir.

Məmnunluq və fərəh hissi ilə qeyd edirəm ki, BP və Birləşmiş Krallığın təchizat şirkətləri layihənin həyata keçirilməsində əsas rol oynayırlar.

Mən bütün tərəfdaşlara gələn bir çox illər ərzində sabit enerji mənbəyinin təmin edilməsində göstərdikləri səylərdə uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, builki “Xəzər NeftQaz” sərgisinin bütün iştirakçılarına şəxsən ən xoş arzularımı çatdırıram.

Ümid edirəm ki, Sizin hamınızı uğurlu həftə gözləyir.

Sağ olun.

 

Devid Kemeron

Böyük Britaniya Şimali İrlandiya

Birləşmiş Krallığının Baş naziri

Azərbaycan.- 2016.- 2 iyun.- S. 2.