Geniş tərkibdə görüş
İyunun 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
-Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
Mən sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Hörmətli Baş nazir, ilk növbədə, Sizi bu yüksək vəzifəyə təyin
olunmağınız münasibətilə
Azərbaycan xalqı adından bir daha ürəkdən təbrik edirəm. Sizə bu
məsuliyyətli vəzifədə
böyük uğurlar
arzulayıram.
Biz indi Sizinlə
təkbətək görüşümüzdə
ikitərəfli məsələlərin
həlli ilə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim aramızda heç bir fikir ayrılığı
yoxdur. Bizim istəyimiz, məqsədimiz
Türkiyə-Azərbaycan birliyini
daha da güclü
etmək və möhkəmləndirməkdir. Biz həm siyasi,
iqtisadi, nəqliyyat sahələrində və
həm də bütün başqa sahələrdə uğurlu
əməkdaşlıq edirik.
Bu gün Türkiyə
və Azərbaycan əlaqələri ən yüksək zirvədədir.
Görüləcək işlər də var. Bizi birləşdirən önəmli nəqliyyat, enerji layihələri icra edilir və
şadam ki, vaxtında icra edilir. Əminəm ki, yaxın
zamanlarda biz bu önəmli, dünya miqyaslı layihələrin
açılışlarını qeyd edəcəyik.
Türkiyə-Azərbaycan əlaqələri həm
xalqlarımız, dövlətlərimiz
və həm də bölgə üçün böyük
əhəmiyyət daşıyır. Bizim birliyimiz
bölgədə sabitliyi
daha da möhkəmləndirir.
Mən şadam ki, Siz Azərbaycana böyük heyətlə
gəlmisiniz, yeni nazirlər Azərbaycan nazirləri ilə ünsiyyətdə olacaqlar
və bütün lazımi danışıqları
aparacaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz.
X X X
Türkiyə Respublikasının Baş
naziri Binəli YILDIRIM
dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli nazirlər.
Bu gün artıq Türkiyə Respublikası
üçün bir ənənə halı alan səfəri
həyata keçiririk.
Türkiyədə yeni hökumət
qurulduğu zaman Baş nazirin ilk işi Şimali Kiprə, ondan dərhal sonra “bir millət, iki dövlət” olan qardaş Azərbaycana səfər etməkdir. Bu baxımdan mən də yoldaşlarımla birlikdə bu səfəri həyata keçiririk. Bu səfər
zamanı dost və qardaş Azərbaycanda Sizdən gördüyümüz
bu gözəl, mehriban qarşılanma, ev sahibliyi
üçün təşəkkür
edirik.
X X X
Baş nazir Binəli Yıldırım
Türkiyə Prezidenti
Rəcəp Tayyib Ərdoğanın salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Görüşdə Azərbaycan və Türkiyə arasında enerji layihələri, o cümlədən
“Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin
həyata keçirilməsi,
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli, regional əməkdaşlıq
və qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin
başçısına çatdırmağı
xahiş etdi.
Azərbaycan.- 2016.- 4 iyun.- S. 4.