“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatikxüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası  Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatikxüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə” 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

 

İlham ƏLİYEV,            

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 may 2016-cı il

Azərbaycan.- 2016.- 4 iyun.- S. 7.