“Bakıelektrikşəbəkə”
Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin
artırılmasının təmin edilməsi tədbirləri
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 10 avqust tarixli 1597 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli 1597 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 8, maddə 696; 2009, N 10, maddə 806; 2014, N 6, maddə 644) 1.4-cü bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyun 2016-cı il
Azərbaycan.- 2016.- 4 iyun.- S. 7.