“Azərbaycan Respublikası
Hökuməti ilə Amerika Birləşmiş
Ştatları Hökuməti arasında hava
nəqliyyatı haqqında” Sazişin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 may 2016-cı il
Azərbaycan.- 2016.- 4 iyun.- S. 7.