Azərbaycanın
uğurları xaricdə yaşayan bütün həmvətənlərimizdə böyük qürur hissi doğurur
Azərbaycanın hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizdə böyük qürur hissi doğurur.
Bu fikri
Dünya Azərbaycanlılarının IV
Qurultayının iştirakçısı Ələkbər
Qarayev AZƏRTAC-a müsahibəsində deyib. O qeyd edib
ki, qurultay xaricdəki
soydaşlarımızın Azərbaycançılıq
ideyası ətrafında sıx birləşərək təşkilatlanması,
milli diaspor hərəkatının
inkişafı baxımından mühüm
əhəmiyyət kəsb edir. Qurultay
müxtəlif ölkələrdə yaşayan
azərbaycanlı icmaların mütəşəkkilliyi və
fəallığının artmasında böyük
rol oynayır. İndi
soydaşlarımız yaşadıqları ölkələrin
sosial-iqtisadi, ictimai-siyasi
və mədəni həyatında daha fəal
rol oynayır, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, zəngin
mədəni irsimizin təbliği, təcavüzkar
erməni dairələrinin ideoloji təxribatlarının
qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Biz
Prezident İlham
Əliyevin Azərbaycan diasporuna yüksək
diqqət və qayğısını hər zaman
hiss edirik. Dövlətimizin
başçısının qarşımıza qoyduğu vəzifələri tam
şəkildə yerinə yetirmək üçün
səylə çalışacağıq.
Azərbaycan.- 2016.- 5 iyun.- S. 5.