Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 209
¹ 209
Bakı şəhəri,
2 iyun 2016-cı il
“İdman mərc oyunlarının həyata keçirilməsi
məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili
və keçirilməsi
Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
“Bədən tərbiyəsi
və idman haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
10 mart tarixli 1884 nömrəli
Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, N 8, maddə 762; 2012, N 5, maddə 494; 2013, N 6, maddə
752) ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.4-cü bəndin “c” yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
“d” yarımbəndi əlavə
edilsin:
“d) idman mərc
oyunlarının təşkili
və keçirilməsinə
nəzarəti həyata
keçirən Azərbaycan
Respublikasının Maliyyə
Bazarlarına Nəzarət
Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş
məbləğdə və
qaydada ödənilən
haqlar.”.
2. 5.1.8-ci
yarımbəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 5.1.9-cu yarımbənd
əlavə edilsin:
“5.1.9. mərc oyunlarının
təşkili və keçirilməsinə nəzarəti
həyata keçirən
Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş
məbləğdə və
qaydada haqlar ödəmək.”.
3.
13-cü hissə üzrə:
3.1. adında və
13.1-ci bənddə “dövlət
nəzarəti” sözləri
“nəzarət” sözü
ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 13.3-1-ci bənd
əlavə edilsin:
“13.3-1.
Operator idman mərc oyunlarının təşkili
və keçirilməsinə
nəzarəti həyata
keçirən Azərbaycan
Respublikasının Maliyyə
Bazarlarına Nəzarət
Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş
məbləğdə və
qaydada haqlar ödəyir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 5 iyun.- S. 2.