“Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli
39-VQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.5-ci maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir, ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyun 2016-cı il
Azərbaycan.- 2016.- 5 iyun.- S. 3.