Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 6, maddə 554; 2012, N 6, maddə 571; 2013, N 11, maddə 1452; 2014, N 2, maddə 112, N 5, maddə 477; 2015, N 4, maddə 437) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5.8-ci və 2.3.3.1-ci yarımbəndlərin “İcraçı orqanlarsütunundan “Azərenerji” ASC,” sözləri çıxarılsın və həmin sütunda “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.

2. 2.3.3.3-cü yarımbənddə “Azərenerji” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 iyun 2016-cı il

AZərbaycan.- 2016.- 5 iyun.- S. 3.