Azərbaycan
Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi
üçün kifayət edən narkotik vasitələrin və psixotrop
maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 697, ¹ 12, maddə 1085; 2010, ¹ 5, maddə 382) ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:
“I siyahı. Narkotik vasitələr” fəsli üzrə:
1.1. "Külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri" qrafasında "yuxarı" sözü "aşağı" sözü ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 21-30-cu maddələr əlavə edilsin:
21.
AH-7921
0,05
2,5
22.
AM-2201
0,01
0,05
23.
5F-AKB-48
0,05
0,25
24.
JWH-015
0,05
0,25
25.
JWH-018
0,01
0,05
26.
JWH-122
0,05
0,25
27.
JWH-210
0,05
0,25
28.
Oripavin
(3-O-dimetiltebain)
0,2
1
29.
UR-144 (fenil sianid 2,4,6-triizopropil)
0,05
0,25
30.
Propiram
(N-(1-metil-2-piperidinoetil)-N-2-piridilpropionamid)
0,5
2,5
“II siyahı.
Psixotrop maddələr”
fəsli üzrə:
2.1. “Külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri” qrafasında
“yuxarı” sözü
“aşağı” sözü
ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda
105-111-ci maddələr əlavə
edilsin:
105.
25B-NBOMe
(2C-B-NBOMe)
0,0005
0,0015
106.
BZP-N-benzilpiperazin
0,3
1,5
107.
25C-NBOMe
(2C-C-NBOMe)
0,0005
0,0015
108
25I-NBOMe
(2C-I-NBOMe)
0,0005
0,0015
109.
MDPV-3,4-metilendioksipirovaleron
0,6
3,0
110.
mefedron (4-metilmetkatinon)
0,2
2,5
111.
metilon
(beta-keto-MDMA)
0,2
2,5
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 may 2016-cı il
Azərbaycan.- 2016.- 7 iyun.- S. 3.