Meyvələr
şahıdır, başında tac var
Görün hər budağı bəzənib necə,
Üstündə nə qədər ulduzlu gül var.
Yayın günəşindən nur içə-içə,
Hər biri payızda olacaqdır nar.
Tapmazsan,
axtarsan bütün cahanı,
De, harda yetişir belə gözəl bar?
Onun şan-şöhrəti tutub
hər yanı,
Meyvələr şahıdır, başında
tac var.
Azı yüz əsrdir yol gəlir...onun,
İlahi bir ömür düşüb baxtına.
Minlərlə meyvələr dünyasında
o,
Hələ də sahibdir şöhrət taxtına.
Seyran
CAVADOV,
Azərbaycan.- 2016.- 7
iyun.- S. 8.