Prezident İlham
Əliyevin və Kansler Angela Merkelin mətbuat konfransı
iyunun 7-də Berlində
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri
Angela Merkelin mətbuat
konfransı olub.
Kansler Angela Merkel və
Prezident İlham Əliyev əvvəlcə
bəyanatlarla çıxış
etdilər.
Azərbaycan Prezidentini ölkəsində
salamlayan Almaniyanın
Federal Kansleri Angela Merkel budəfəki
görüşdə ikitərəfli
əlaqələrin daha
da intensivləşdirilməsi
ilə bağlı razılığa gəlindiyini
bildirdi. Azərbaycanda aparılan iqtisadi
islahatların bu sahədə şaxələndirməyə
geniş imkanlar açdığını deyən
Angela Merkel Almaniyanın həmin
prosesdə iştirak etməyə hazır olduğunu diqqətə çatdırdı. “Azərbaycan Hökuməti
tərəfindən bir
neçə əfv qərarı qəbul edilib və biz bu addımı alqışlayırıq”, - deyən
Kansler Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı müzakirələrin
aparıldığını vurğuladı. Bildirdi ki,
hazırda ATƏT-ə sədrlik
edən Almaniya münaqişənin sülh
yolu ilə həllinə öz töhfəsini vermək istəyir. Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll
edilməsinə nail olmaq
üçün Minsk qrupunun
həmsədr ölkələri
qismində Rusiya,
ABŞ və Fransa hökumətlərinə dəstək
göstərmək üçün
öz əlaqələrindən
maksimum şəkildə
istifadə edəcək.
Almaniyanın Federal Kansleri
onu da vurğuladı
ki, Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda, Almaniya və Azərbaycanın mövcud əlaqələrini
daha da inkişaf
etdirmək, əlaqələri
sıxlaşdırmaq, bütün
sosial və iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı
səbəblər var.
Prezident İlham Əliyev Almaniya ilə Azərbaycan arasında fəal siyasi dialoqun mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı əmin
olduğunu bildirdi ki, Azərbaycan-Almaniya əlaqələrinin uğurlu
inkişafı regionumuzda
sülh və sabitliyin möhkəmlənməsinə
xidmət edəcək.
“Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli müzakirələrimizin
ən vacib hissələrindən biri
idi”, - deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan
bu münaqişənin
beynəlxalq hüququn
normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən
qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda
həllini istəyir.
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinin
Ermənistan tərəfindən
icra olunmadığını,
beynəlxalq hüququn
kobud şəkildə
pozulduğunu, etnik təmizləmə siyasəti
yürütdüyünə və suveren dövlətin ərazisini
işğal etdiyinə
görə Ermənistana
heç bir sanksiyanın tətbiq edilmədiyini deyən dövlətimizin başçısı
vurğuladı ki, Azərbaycan münaqişənin
sülh yolu ilə, BMT Nizamnaməsi,
Helsinki Yekun Aktı və beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilmiş müvafiq qətnamələr
əsasında həll
olunmasını istəyir.
Aprelin əvvəllərində qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlardan danışan Prezident İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində mülki şəxslərin qətlə yetirildiyini, mülki obyektlərə çoxlu ziyan dəydiyini bildirdi. “ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib”, - deyən dövlətimizin başçısı may ayında Vyanada baş tutan görüşün əsaslı danışıqlara başlanması üçün mühüm addım olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışarkən bildirdi ki, Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Bundan əlavə, ölkələrimizin enerji sahəsində yaxşı əməkdaşlıq qurduğunu deyən dövlətimizin başçısı bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğuladı, Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat layihəsinin önəmindən danışdı. “Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir”, deyən Prezident İlham Əliyev ölkəmizdə bütün azadlıqların təmin olunduğunu bildirdi, Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən insanların sülh və harmoniya içərisində yaşadıqlarını xatırlatdı.
Sonra jurnalistləri
maraqlandıran suallar cavablandırıldı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 8 iyun.- S. 2.