Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına MÜRACİƏTİ

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Müstəqilliyinin iyirmi beşinci ilini yaşayan Azərbaycan Respublikası ötən dövrdə böyük inkişaf yolu keçərək güclü dövlətə çevrilmişdir. Ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işsizliyinyoxsulluğun aradan qaldırılması, habelə ictimai-siyasi münasibətlər sisteminin demokratik prinsiplər əsasında qurulması və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər inkişaf yolunu səciyyələndirən əsas amillər olmuşdur. Hazırda qlobal iqtisadi böhranın Azərbaycana neqativ təsirlərinin qarşısının alınması üçün çevik addımlar atılır. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm qərarlar qəbul edilir, iqtisadistruktur islahatları həyata keçirilir.

Regionda reallaşdırılan transmilli layihələrə, sülhsabitliyin bərqərar olunmasına xidmət edən təşəbbüslərə sanballı töhfələr verən Azərbaycan dünya ölkələri arasında etibarlı tərəfdaş kimi tanınır. Hazırda karbohidrogen ehtiyatlarını müxtəlif istiqamətlərə nəql edən geniş neftqaz kəməri şəbəkəsinə malik olan ölkəmiz “Cənub Qaz Dəhlizi” çərçivəsində “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin də ən iri səhmdarlarından biri kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynayır. Azərbaycan tarixi İpək Yolunun bərpası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı layihələrdə də əsas söz sahiblərindən biridir.

Universal bəşəri dəyərlərin təbliği, müxtəlif mədəniyyət və sivilizasiyalar arasında dialoq, tolerantlıq və əməkdaşlıq mühitinin yaradılması sahəsində Azərbaycan nümunəvi ölkə sayıla bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkədə “Multikulturalizm ilielan edilmişdir. 2016-cı il aprelin 26-27-də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, nüfuzlu siyasətçilərin və dövlət xadimlərinin qatıldığı Qlobal Bakı Forumu kimi tədbirlərin ölkəmizdə keçirilməsi dünya dövlətlərinin Azərbaycandakı multikultural mühitə olan rəğbətinin əyani təzahürüdür.

Millidini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı, eyni zamanda, xaricdə yaşayan həmvətənlərimiz davamlı inkişaf edən bir dövlətin himayəsində olduqlarına inanırlar. Cari ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribatların qarşısının uğurla alınması, ərazilərimizin bir hissəsinin işğalçılardan azad olunması bu inamı daha da möhkəmləndirmişdir.

Xaricdə yaşayan həmvətənlərimizin mütəşəkkil və təsirli qüvvəyə çevrilməsi, doğma vətənimizlə dünya ölkələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni lobbisinin ölkəmizə qarşı həyata keçirdiyi ideoloji təxribatların ifşa olunması diasporumuzun başlıca vəzifələridir. Dünya Azərbaycanlılarının III Qurultayından keçən dövr ərzində diaspor qurumlarımız bu sahədə xeyli nailiyyət əldə etmişlər. Lakin qloballaşan dünyamızda cərəyan edən mürəkkəb proseslər, sürətlə dəyişən reallıqlar diaspor qurumlarının işinin effektivliyinin artırılmasını tələb edir. Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyi, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda yeni şəraitin yarandığı bir dövrdə bütün dünya azərbaycanlılarının mütəşəkkil və koordinasiyalı fəaliyyətinin əhəmiyyəti hər zaman olduğundan daha yüksəkdir. Bu sahədə keyfiyyət dəyişikliyinə nail olmaq üçün yeni texnologiyaların, çevik mexanizmlərin, innovativ metodların tətbiqi qaçılmaz zərurətə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, “Bizim gücümüz birliyimizdədir!”. Biz Dünya Azərbaycanlılarının IV Qurultayı adından bütün soydaşlarımıza müraciət edərək, hər birinizi birliyə, həmrəyliyə və doğma Azərbaycanın mənafeləri naminə fədakarlığa çağırırıq.

 

Müraciət Dünya Azərbaycanlılarının

IV Qurultayında qəbul edilmişdir.

Bakı şəhəri, 4 iyun 2016-cı il.

Azərbaycan.- 2016.- 9 iyun.- S. 7.