İqtisadiyyata daxili və xarici
investisiya qoyuluşu davam edir
Məlum olduğu kimi, iqtisadiyyatın dinamik inkişaf etdirilməsində kapital qoyuluşu xüsusi rol oynayır. Çünki sərmayə iqtisadi inkişafın çevikliyini təmin edən başlıca hərəkətverici vasitədir. Dünyada sürətli inkişafa nail olan ölkələrin tarixinə nəzər salanda bunu aydın görürük. Məsələn, Çin son 30 illik iqtisadi inkişafa 1 trilyon dollar xarici sərmayə cəlb etməklə nail olub. Ölkəmizin də müstəqillik qazandıqdan sonra iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb.
Bu gün Azərbaycan iqtisadi inkişafın dinamikasını artırmaq üçün daha çox daxili sərmayələrin qoyuluşunu həyata keçirir. Amma daxili və xarici kapitalın paralel şəkildə iqtisadiyyata yatırılması inkişafımızı təmin edən əsas amil olaraq qalır. Bununla yanaşı, 10 ildən çoxdur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sahibkarlara 2 milyard manat dəyərində güzəştli kredit verilib. Bu da elə birbaşa iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu deməkdir. Həmin güzəştli kreditlər hesabına istifadəyə verilmiş 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəzi və 22 taxıl anbarı, 16 meyvə-tərəvəz, 9 süd, 8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu və digər müəssisələr aqrar sektorda dönüşün əldə olunmasına, ölkəmizin ixrac potensialının artmasına və idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Eyni zamanda, güzəştli kreditlərdən istifadə edilərək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatı yaradılıb. Həmin təsərrüfatlarda hər hektarın məhsuldarlığı 58-60 sentnerdən çox olur. Nəticədə əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi xeyli artıb. Ümumiyyətlə, dövlət tərəfindən mütəmadi olaraq qeyri-neft sektorunun güzəştli kreditlərlə təmin edilməsi bütün sahələrdə müsbət nəticələrini verməkdədir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatının 80 faizdən çoxu özəl sektorun payına düşür.
Prezident İlham
Əliyev də çıxışlarında dəfələrlə
ölkə iqtisadiyyatının inkişafında kapital qoyuluşunun əhəmiyyətini
xüsusi olaraq qeyd edib. Dövlət
başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının ikinci ilin yekunlarına həsr olunmuş
konfransda ölkədə münbit
investisiya mühitinin
yaradılması istiqamətində çox
işlərin görüldüyünü,
lakin hələ görüləsi işlərin
olduğunu da vurğulayaraq demişdir:
“İnvestisiyaların təşviqi sistemi
artıq yaradılıb, tətbiq edilib. Müvafiq qərarlar qəbul edilmişdir.
Biz xarici
investisiyaları daha çox
cəlb etməliyik. İnvestisiyaların təşviqi məsələsi
burada mühüm rol oynayır. Bütövlükdə deyə
bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir.
Əgər belə
olmasaydı, xarici firmalar Azərbaycana 100 milyard dollar investisiyalar qoymazdılar. Biz isə
çalışmalıyıq ki, indi xarici
sərmayəni qeyri-neft
sektoruna, ixracyönümlü
məhsulların istehsalına
yönəldək”.
Hazırkı iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatına müxtəlif
mənbələrdən kapital
qoyuluşu davam edir. Təkcə cari
ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün
bütün maliyyə
mənbələrindən əsas
kapitala 4291,3 milyon manat vəsait
yönəldilib. Bunun
3724,7 milyon manatı məhsul istehsalı, 405,7
milyon manatı xidmət obyektlərinin,
160,9 milyon manatı isə ümumi sahəsi 443,7 min kvadratmetr
olan yaşayış
evlərinin tikintisinə
sərf olunub. Ümumi sərmayənin
18,6 faizi dövlət, 81,4 faizi qeyri-dövlət sektorunun
payına düşüb.
Əsas kapitala yönəldilən vəsaitin
69,5 faizi tikinti-quraşdırma işlərinə
sərf olunub. Beləliklə, daxili mənbələrdən əsas
kapitala yönəldilən
vəsaitin dəyəri
ümumi sərmayənin
32,2 faizini təşkil edib.
Hesabat dövründə əsas
kapitala yönəldilən
sərmayədə müəssisə
və təşkilatların
vəsaitləri 3536,8 milyon, bank kreditləri
330,3 milyon, büdcə
vəsaitləri 275,8 milyon,
büdcədənkənar fondların
vəsaitləri 26,2 milyon,
əhalinin şəxsi
vəsaitləri 119,2 milyon
manat olub. Cari ilin 3 ayı
ərzində əsas
kapitala yönəldilən
vəsaitin 74,5 faizi sənayedə, 15,1 faizi tikintidə, 5,2 faizi nəqliyyat və anbar təsərrüfatında,
1,3 faizi dövlət idarəetməsi və müdafiə sahələrində
istifadə edilib.
Qeyd olunduğu
kimi, ölkəmizdəki
münbit investisiya mühiti həmişə
xarici sahibkarları özünə cəlb edib. Hesabat dövründə də belə olub. Belə ki, bu ilin yanvar-aprel aylarında xarici müəssisə və təşkilatlar tərəfindən
əsas kapitala 2911 milyon vəsait yönəldilib. Xarici
ölkələrin və
beynəlxalq təşkilatların
vəsaitləri hesabına
əsas kapitala yönəldilən sərmayənin
2507,7 milyon manatı Birləşmiş Krallıq,
Türkiyə, Malayziya,
İsveçrə, Rusiya,
İran və ABŞ sərmayədarlarına məxsus
olub.
Rüstəm KAMAL,
Azərbaycan.- 2016.- 9 iyun.- S. 8.